New York: siçovullar ölümcül xəstəliklər yayırlar

rats Fotonun müəllifi iStock
Image caption New York şəhərində sıçovullar çoxdur, lakin xəstəlik yoluxmaları nadir haldır

ABŞ-ın New York şəhərində leptospiroz bakteriyasına yoluxan üç nəfərdən biri ölüb. Bu nadir bakteriya xəstəliyi adətən siçovulların sidiyi ilə yayılır.

New York şəhəri səhiyyə rəsmiləri infeksiyaların şəhərin Bronx rayonunda eyni məhlədə baş verdiyini təsdiqləyiblər.

Qaraciyər və böyrək çatışmazlığına görə ağır xəstəlik keçirən 3 xəstə xəstəxanaya yerləşdirilib.

Şəhər rəsmiləri son iki ay ərzində baş verən yoluxmaların ilk dəfə ardıcıl şəkildə eyni ərazidə baş verdiyini deyiblər.

Fotonun müəllifi iStock

Xəstələrdən biri yoluxmadan ölüb, lakin digər xəstələr sağalıb və artıq xəstəxanadan buraxılıblar.

2006-2016-cı illər arasında New York şəhərində 26 leptospiroz yoluxması barədə xəbər verilib, New York Times qəzeti deyib.

Bir qadın istisna olmaqla, yoluxan şəxslərin hamısı kişi olub.

Eyni dövrdə yoluxmanın ən çox müşahidə olduğu rayon- 8 yoluxma ilə Bronx olub.

Leptosprioz (həmçinin Weil xəstəliyi) siçovul və başqa heyvənların mayesi ilə yayılır və insanın bədəninə yara, göz, ağız və ya burundan daxil ola bilir.

Xəstəliyin simptomlarına qızdırma, ürək bulanması, azələ ağrıları, qusma və ishal daxildir.