Pakistan: İD hücumundan sonra onlarla silahlı öldürülüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Məbədin içində çəkilən video insanların hadisə yerindən qaçmasını göstərir

Cümə axşamı günü bir məbəddə intihar bombaçısının özünü partlatması nəticəsində azı 80 nəfərin ölümündən sonra, Pakistan rəsmiləri onlarla silahlını öldürdüyünü deyib.

Məbədin yerləşdiyi cənubi Sind əyalətində 18, ölkənin şimal-qərbində 13 silahlı öldürülüb, rəsmilər bildirib.

Bombaçı Sind əyalətinin Sehvən şəhərində müqəddəs sufi Lal Şahbaz Qələndər ziyarətgahında inanclılar arasında özünü partladıb, polis deyib.

Baş nazir Nəvaz Şərif, özünü İslam Dövləti (İD) adlandıran qrupun törətdiyini bildirdiyi bu hücumu qınayıb.

Bu, Pakistanda İD, Taliban və digər qiyamçıların törətdikləri hücumlar arasında ən ölümcülüdür.

Fotonun müəllifi EPA
Image caption Hücum inanclılar rəqs edərkən baş verib

Ölkənin ən qədim və ehtiramla yanaşılan yerlərindən olan bu məbəddə cümə axşamı müsəlmanlar ibadət edirdi.

Şahidlərin sözlərinə görə, basqınçı inanclılar müqəddəs rəqsi ifa edən zaman hücum edib. Yerli media bildirib ki, o, qumbara ataraq özünü partladıb.

"Mən hər yerdə cəsəd gördüm. Mən qadınların və uşaqların meyitlərini gördüm," bir nəfər yerli mediaya məlumat verib.

Başqa biri isə xaos və dağıntı səhnələrini belə xarakterizə edib: məbədin həyəti "ağlayan və çığıran minlərlə insanla dolu" idi.

Fotonun müəllifi AFP
Image caption Yaralılar arasında uşaqlar da var

Pakistanın ən böyük təcili tibbi yardım xidməti - Edhi Rifah Etimadı bildirib ki, həlak olanların 43-ü kişi, doqquzu qadın və 20-si uşaq idi.

Azı 250 nəfər də yaralanıb, yüksək rütbəli polis rəsmisi BBC-yə bildirib.

İslam dininin mistik ordeni olan sufilik Pakistanda əsrlər boyu mövcud olub. İD kimi radikal silahlı qruplar yaratmış sünni təriqətinin bəzi nümayəndələri sufiləri, eləcə də şiələri "kafir" hesab edir.

Fotonun müəllifi Alamy
Image caption Ölkənin ən qədim və ehtiram edilən yerlərindən olan bu məbəddə cümə axşamı müsəlmanlar ibadət edirdi.

Bu barədə daha geniş