Avropa Parlamenti Aİ ordusunun yaradılmasını təsdiqləyib

Ги Верхофстадт Fotonun müəllifi EPA
Image caption Avropa Parlamentində liberal bloka başçılıq edən Guy Verhofstadt ittifaqın genişlənməsi və möhkəmləndilməsi tərəfdarı olan avropalı federalların lideri sayılır.

Avropa parlamenti Belçikanın keçmiş baş naziri və Brexit danışıqlarına görə cavabdeh olan Guy Verhofstadt tərəfindən təklif edilən qətnaməni təsdiq edib.

Qətnamədə Avropa Ittifaqının (Aİ) mərkəzləşdirilməsinin gücləndirilməsi, Aİ-da maliyyə naziri postunun yaradılması və ümumi Avropa ordusnun yaradılması təklif olunub.

Qətnamənin lehinə 283, əleyhinə isə 269 deputat səs verib. 83 nəfər bitərəf qalıb. Avropa Parlamentinin bu qərarı Aİ-nın əsas müqaviləsində yeni islahatların başlanacağı kimi qiymətləndirilir.

Belçika siyasətçisinin fikrincə, Aİ-nın daxilində bəzi məsələlərin həllində üzv olan ölkələrin razılığını gözləmədən əksər ölkələrə qərar qəbul etmək hüququ verilməlidir.

Jurnalistlərin qeyd etdiyinə görə, Verhofsadt faktiki olaraq Aİ üzv ölkələrinin kollektiv qərarların qəbul edilməsi hüququnun məhdudlaşdırılmasını və hətta tamamilə ləğv edilməsini təklif edir.

Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans isə Aİ əsas müqaviləsindəki dəyişikliklərin prioritet olmadığını bəyan edib.

Aİ-nı bu il Fransada, Almaniyada və Niderlandda keçirilən seçkilər gözləyir. Bu ölkələrdən gələn sorğuların nəticələrinə görə, populist avroskeptiklər əhalinin əhəmiyyətli dəstəyinə arxalanırlar.

Belə ki, Fransanın "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen Böyük Britaniyanın Aİ tərk etməsinin Avropada bir domino effekti yaradacağına əmindir.

Avropa Parlamentində liberal bloka başçılıq edən Guy Verhofstadt ittifaqın genişlənməsi və möhkəmləndilməsi tərəfdarı olan avropalı federalların lideri sayılır.

Bu barədə daha geniş