MKİ direktoru Trump-dan məxfi məlumatların saxlanılmasını təkzib edib

  • 17 Fevral 2017
Mike Pompeo Fotonun müəllifi AP
Image caption Pompeo Wall Street Journal-ı dəlilsiz məlumatlar yaymaqda ittiham edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mike Pompeo rəhbərlik etdiyi qurumun ABŞ prezidentini kəşfiyyat məlumatlarıyla tam təmin etdiyini və ondan heç bir məlumatı gizlətmədiyini bəyan edib.

Bu günəlrdə KİV-də kəşfiyyat xidmətinin Trumpdan məxfi məlumatları gizlətməsi barədə xəbərlər yayılmışdı.

"MKİ bu günə qədər prezidentdən məxfi məlumatı gizlətməyib, gizlətmir və bundan sonra da gizlətməyəcək. Belə bir halın nə zaman baş verməsi barədə bizdə məlumat yoxdur", - deyə Pompeo bildirib.

Bu günlərdə ABŞ-ın Wall Street Journal-ı öz mənbələrinə istinadən kəşfiyyat xidmətinin sızdırılacağından cəkinərək Trumpdan məxfi məlumatları gizlətidiyi barədə məlumat yayıb.

Jurnalın yazığına görə, prezidentdən xüsusilə digər ölkələrdə informasiya toplanması zamanı istifadə olunan iş metodikası gizlədilib.

Nəşrin qeyd etdiyinə görə, belə bir vəziyyət kəşfiyyatla Trump arasında prezidentin komandasının Rusiya rəhbərliyi ilə əlaqələrinə görə yaranan etibarsızlığı əks etdirir.

Lakin Pompeonun sözlərinə görə KİV-lərdə yayılan məlumatlar tamamilə yalandır və kəşfiyyatda çalışan minlərlə peşəkarın nüfuzuna ziyan vurur.

Trumpla MKİ arasında münaqişə, ikincinin yeni prezidentin seçilməsində rusiyalı hakerlərin əlinin olması barədə faktların olduğunu bəyan etdikdən sonra yaranıb.

Lakin yanvar ayında Trump kəşfiyyat əməkdaşlarına böyük hörməti olduğunu və onun kimi kimsənin onları dəstəkləməyəcəyinə inandırıb.

O, həmçinin kəşfiyyata düşmən münasibət bəsləməsi barədə məlumat yayan KİV-ləri tənqid edib.

Bu barədə daha geniş