Robert Haward Trump-ın milli təhlükəsizlik müşaviri təklifindən imtina edib

  • 17 Fevral 2017
Retired Vice-Admiral Robert Harward Fotonun müəllifi Reuters
Image caption Təqaüdə çıxmış Vitse-Admiral Robert Haward-ın 60 yaşı var

ABŞ prezidenti Donald Trump-ın milli təhklükəsizlik müşaviri vəzifəsinə namizədi iş təklifindən imtina edib.

Cənab Trump bazar ertəsi günü Michael Flynn-i müşavir vəzifəsindən azad etdikdən sonra təqaüdə çıxmış Vitse-Admiral Robert Haward-ın onu əvəzləyəcəyi gözlənilirdi.

Ağ Ev rəsmisi onun vəzifədən imtina etməsini maddi və ailəsi ilə bağlı məsələlərlə bağlı olduğunu deyib, lakin ABŞ mediası onun vəzifəyə özü ilə komandasını gətirmək tələbi olduğu deyib.

Cənab Flynn-ın vəzifədən uzaqkaşırılmasına rəsmi səbəb onun Rusiyanın ABŞ-a səfiri ilə söhbətləri barədə ABŞ vitse-prezidenti Mike Pence-ə yalan deməsidir.

Bu son geriləmə cənab Trump-ın administrasiyasında qarışıqlıq olduğu iddiaları təkzib edib komandasının "yaxşıca yağlanmış maşın" kimi işlədiyini dediyi mətbuat konfransından bir neçə saat sonra baş verib.

Cənab Harward Associated Press agentliyinə Trump administrasiyası barədə danışarkən deyib ki: "Onlar mənim həm peşə həm də şəxsi ehtiyaclaramı yerinə yetirməyə böyük səy ediblər".

"Bu sadəcə şəxsi məsələdir", o, əlavə edib.

60 yaşlı cənab Haward hazırda Abu Dabidə ABŞ müdafiə sənayəsi şirkəti Lockheed Martin üçün işləyir.

Milli Təhlükəsizlik Şurasına öz komandasını gətirmək istədiyi barədə xəbərlərə mövqeyi barədə suala, o, bu məsələyə "prezidentin cavab verməsi gərəkdir" deyib.

Bu barədə daha geniş