İngiltərə: atanın dedikləri körpənin ailədən alınmasına səbəb olub

  • 17 Fevral 2017
Ata Fotonun müəllifi Science Photo Library
Image caption Məhkəmə qərara gəlib ki, Yorkshire-dən olan atanın gələcəkdə də valideynlik öhdəliklərini yerinə yetirməyə əsası var (foto arxivindən)

İngiltərənin Qərbi Yorkshire qraflığındakı Kirklees məhkəməsi yeni doğulan körpəni ailəsindən alan qəyyumluq xidmətinin qərarını rədd edib.

Qəyyumluq xidməti ananın psixi problemləri olduğunu, atanın isə yemək şüşəsinin sterilizə edilməsiylə bağlı "qeyri-adi" fikirləri olmasını əsas gətirərək körpəni ailədən alıb.

Atanın yemək şüşəsinin sterilizə edilməsinin vacib olmadığı barədə fikirləri dğum evində səslənib. Onun bu sözlərini eşidən həkimlər valideynlərin uşağın təhlüksizliyini təmin edəcəklərinə şübhə ilə yanşdıqlarını bildiriblər.

Nəticədə körpə, 2 ayı ailəsindən kənarda keçirib. Məhkəmənin qərarıyla ailəyə 14 min dollar dəyərində təzminat ödənilib.

Bundan başqa, məhkəmənin qərarına görə, sosial qəyyumluq işçiləri uşağın həyatının təhlükədə olması barədə məhkəmədə yanlış fikirlər yaradıblar.

"Kirklees bələdiyyəsi uşağın və onun valideynlərinin hüquqlarını ciddi şəkildə pozub. Körpənin ailəsindən alınması ailə həyatına ciddi müdaxilədir ", deyə hakim bildirib.

Bələdiyyə orqanları səhvlərini etiraf edərək, atanın sözlərinə və ananın psixoterapiya keçməsinə baxmyaraq körpənin ailəsinə qovuşmasının onun üçün təhlükəli olmadığını bildiriblər.