Samsung-un başçısı korrupsiyada ittiham olunur

Ли Чжэ Ён Fotonun müəllifi EPA
Image caption 48 yaşlı Li Ce-yongun iş staşını Samsung Groupdakı işi əhatə edir.

Cənubi Koreyanın varlı iş adamlarından biri, Samsung Electronics şirkətinin vitse-prezidenti və faktiki başçısı Li Ce Yong ölkə prezidenti Park Geun-hye-nin impiçmentinə gətirib çıxaran korrupsiya qalmaqalı ilə bağlı həbs olunub.

Bu ilin yanvar ayında Cənubi Koreya məhkəməsi Li Ce Yongun həbs olunmasını rədd etmişdi.

Lakin məlumatlara görə, məhkəmənin əlində artıq yeni faktlar var.

Li Ce Yong rəsmən Samsung şirkətinin vitse-prezidentidir.

Lakin onun şirkətin başçısı olan atası Li Gong-hi infarkt keçirdikdən sonra Li faktiki olaraq başçı sayılır.

Li Ce Cənubi Koreya prezidentinin rəfiqəsi Çoy Sun-şilin nəzarətində olan fonda qeyri-qanuni vəsait köçürməkdə ittiham olunur.

Lakin Li Ce xidməti səlahiyyətlərindən sui-istifadə etməsi barədə ittihamları rədd edir.

Bir qədər əvvəl aparılan istintaq nəticəsində ölkə prezidentin rəfiqəsinin şirkəti onunla əlaqəsi olan iki qeyri hökumət fonduna milyonlarla ianə etməyə məcbur etdiyi məlum olub.

Məhz bu fondların fəaliyyətinin yoxlanılmasından sonra ölkə prezidentinin impiçment elan edilməsinə gətirib çıxaran korrupsiya qalmqalı başlayıb.

"Biz gələcəkdə məhkəmə dinləmələrində haqq-ədalətin bərqərar olması üçün gücümüz daxilində əlimizdən gələni edəcəyik ", - deyə Samsung Group şirkətinin məlumatında bildirilib.

Şirkət də Li-nin günahkar olmadığını iddia edir.

Bu ilin yanvar ayında 22 saat sorğu-sual edilən Linin həbs edilməsi üçün kifayət qədər dəlillər tapılmamışdı.

"Linin həbs edilməsi üçün yeni dəlillər və yeni ittihamlar meydana çıxıb"-deyə Seul məhkəməsinin mətbuat xidməti bildirib.

İrəli sürülən ittihamlara görə, Li fondlardan birinə 41 milyard von (36 milyon dollar) vəsait köçürərək hökumətin şirkətdəki rəhbərlik postunun varisə ötürülməsinə göz yummasını istəyib.

İstintaq bu ianənin rüşvət kimi qiymətlədirilməsini istisna etmir.

Samsung dünyanın ən böyük yüksək elektrik texnologiyası istehsalçısı hesab olunur.

Parlament dinləmələrində şirkət nümayəndələri iki fonda 20 milyard von pul ianə etdiklərini etiraf etsələr də, burada hansısa marağın olduğunu təkzib ediblər.

Li Ce Samsungun prezidentin rəfiqəsi Çoy Sun-şilin qızına atçılıq ilə məşğul olması üçün at həddiyyə etdiyini və bundan peşman olduğunu etiraf edib.

Bu barədə daha geniş