Kim Jong-namın qətli: Şimali Koreyalı kişi saxlanılıb

People watch a television showing news reports of Kim Jong-Nam, the half-brother of North Korean leader Kim Jong-Un, at a railway station in Seoul o Fotonun müəllifi AFP
Image caption Kim Jong-nam Şimali Koreya hökumətini tənqid etmişdi

Şimali Koreya lideri Kim Jong-unun atabir qardaşı Kim Jong-namın qətlinə dair araşdırma nəticəsində Şimali Koreya vətəndaşı saxlanılıb, Malayziya polisi deyir.

Saxlanılan Şimali Koreya vətəndaşının adı Ri Jong Chol-dur və onun 46 yaşı var.

Bundan əvvəl İndoneziya pasportlu qadın, Malayziya pasportlu kişi və Vyetnam pasportu olan qadın şübhəli qismində saxlanıblar.

Polis düşünür ki, cənab Kim Malayziya paytaxtı Kuala Lumpurda aeroportda Makao adasına uçuşunu gözləyərkən üzünə zəhər püskürdülərək öldürülüb.

Malayziyanın baş nazir müavini Əhməd Zahid Hamidi, üstündə Kim Chol-un adına yazılmış pasport olan və aerportda öldürülən şəxsin Kim Jong-nam olduğunu rəsmən cümə axşamı günü təsdiqləyib.

Polis Şimali Koreya vətəndaşının cümə günü axşam saatlarında Malayziya paytaxtı yaxınlığında yerləşən Selangor-da saxlandığını deyib.

İndoneziyanın milli polis rəhbəri cümə günü saxlanmış Siti Aisyah adlı İndoneziya vətəndaşının ona zarafat etmək üçün pul ödəndiyini düşündüyünü bildirib.

Onun sevgilisi olan malaziyalı kişi onunla birlikdə saxlanılıb.

Vyetnam pasportu daşıyan qadının adının Doan Thi Huong olduğu deyilir.

Fotonun müəllifi REX/Shutterstock
Image caption Təhlükəsizlik kamerasında çəkilən bir qadının şəkli Malayziya və Cənubi Koreyada yayımlanıb

Cənab Kimə bazar ertəsi günü aeroportun üçüş zalında iki qadın tərəfindən kimyəvi mayə ilə hücüm edilib.

Aeroportun təhlükəsizlik kamersında çəkilən və Malayziya və Cənubi Koreyada yayımlanan şəkildə üstündə LOL yazılan köynək geyinən qadın görünür.

Saxlanılan qadınlardan birinin yayımlanan şəkildə göstərilən qadın olub-olmamaları bilinmir.

Polis artıq Kim Jong-namın autopsiyasını bitirib, lakin nəticələr hələ rəsmən açıqlanmayıb.

Şimali Koreya isə Malayziyadan Kim Jong-namın cəsədinin dərhal buraxılmasını tələb edib. Lakin Malayziya cənab Kimin qohumlarından DNT almadan cəsədi buraxmayacağını bildirib.

Cənubi Koreya kəşfiyyatı cənab Kimin qətlində Şimali Koreyanı təqsirləndirib və iddia edib ki, şimali rəqibləri cənab Kimi illərlər öldürmək niyyətində olublar, lakin o, Çin tərəfindən qorunub.

Hazırda bu iddiaları əsaslandıran dəlil yoxdur və Pxenyan bu barədə şərh verməyib.

Kim Kon-nam kimdir?

Cənab Kim 2001-ci ildə də Yaponiyaya saxta adla daxil olmaq istəyərkən həbs edilib.

Atasının yerinə qardaşı hakimiyyətə gəldikdən sonra Kim Jong-nam vaxtının əsas hissəsini Çin və Sinqapurda keçirib və ailəsi ilə az əlaqə saxlayıb.

2011-ci ildə Yapon mediası onun "sülalə varisliyinə" qarşı olduğunu dediyini bildirmişdi.

2012-ci ildə isə bir kitabda onun atabir qardaşının rəhbərlik qabiliyyətinə malik olmadığı və Şimali Koreyaya Çinin həyata keçirdiyi iqtisadı islahatların lazım olduğunu düşündüyü yazılıb.

Eyni il, Cənubi Koreya mətbuatı ölkədə həbs edilən və Şimali Koreya casusu olmaqda ittiham olunan şəxsin cənab Kim-in avtomobil qəzasında qətlini planlaşdırdığını yazıb.

Bu barədə daha geniş