Pence: ABŞ-ın NATO-ya dəstəyi "sarsılmazdır"

US Vice President Michael Richard Pence delivers a speech on the 2nd day of the 53rd Munich Security Conference (MCS) in Munich, southern Germany, on February 18, 2017. Fotonun müəllifi AFP
Image caption Cənab Pence Münhendə Avropa liderləri qarşısında çıxış edib

ABŞ vise-prezidenti Mike Pence Münhen Təhlükəsizlik Konfransında avropalı liderlərə ABŞ-ın NATO-ya dəstəyinin "sarsılmaz" olduğunu deyib.

Trump administrasiyasının ilk xarici siyasət çıxışında cənab Pence ABŞ-ın "Avropa ilə bu gün və hər gün" birgə dayanacağını deyib.

Lakin o yığıncağa toplanmış liderlərə Avropa ölkələrinin müdafiə üçün "ədalətli pay ödəmədiklərini" olduqlarını deyib.

Bu çatışmazlıq "bizim müttəfiqliyimizin təməlini zədələyir", o əlavə edib.

Vise-prezident ABŞ-dan başqa NATO-da yalnız dörd ölkənin ÜDM-ın azı 2 faizini müdafiə üçün xərcləmək öhdəliyini yerinə yetirdiyini xatırladıb.

"Daha fəal olmağın vaxtı gəlibdir", o deyib.

İnaqurasiyasından əvvəl, prezident Donald Trump müdafiə xərcləri üçün kifayət miqdarda maddi yatırım etməyən NATO müttəfiqlərinin müdafiəsinə kömək göstərmək öhdəliyini yerinə yetirməyəcəyinin mümkün olduğunu demişdi.

Daha əvvəl çıxış edən Almaniya kansleri Angela Merkel də cənab Pence-in çıxışını dinləyənlərin arasında idi.

Almaniya ÜDM-ın azı 2 faizini müdafiəyə xərcləmək barədə NATO-nun 2014-ci Wales zirvəsində razılaşdırılmış öhdəliyi yerinə yetirməyən ölkələrdən biridir.

Cənab Pence ABŞ-ın "Rusiyanı hesabatlı tutmağa davam edə"cəyini bildirib, lakin eyni zamanda cənab Trumpın Rusiya ilə "ortaq məxrəc" tapmağa çalışacağını deyib.

Cənab Pence həmçinin deyib ki, Rusiya Minsk sülh razılaşmalarına hörmət etməlidir və Ukraynanın şərqində hərbi əməliyyatlarına son qoymalıdır.

Vise-prezident bu sözlərini ABŞ-da Trump administrasiyasının Rusiya ilə əlaqələri barədə iddiaların yaratdığı mübahisəli mühitdə deyib.

Bu barədə daha geniş