Prezident Barrow-un inaqurasiyası üçün böyük izdiham

Supporters of Gambian President Adama Barrow arrive for his swearing-in ceremony at Independence Stadium Fotonun müəllifi Reuters
Image caption Qambiya prezidenti Adama Barrow-un tərəfdarları onun İstiqlal stadionunda keçirilən andiçmə mərasiminə toplaşırlar

Qambiyanın yeni prezidenti Adama Barrowun inaqurasiyasına tamaşa etmək üçün minlərlə insan toplanıb.

Seçkilərdəki qələbəsindən sonra keçmiş prezidentlə əlaqədar yaranmış siyasi qalmaqal nəticəsində xaricdə qalmağa məcbur olan cənab Barrow Qambiyaya keçən ay qayıdıb.

Bir çox Afrika ölkələri liderlərinin tədbirdə iştirak etməsi gözlənilir.

Cənab Barrow Qambiyanın tarixində üçüncü prezidentdir.

İnaqurasiya şənbə günü Qambiyanın paytaxtı Bancula yaxınlıqda yerləşən stadionda keçiriləcək.

İnaqurasiya günü həmçinin Qambiyanın azadlığının 52-ci ildönümüdür.

Fotonun müəllifi Reuters
Image caption Cənab Barrow hakimiyyətə yalnız keçmiş prezident ölkəni tərk etməyə məcbur edildikdən sonra gələ bilib

Cənab Barrow-dan əvvəl Qambiyaya uzun illər rəhbərlik edən Yahya Cammeh dekabr ayında seçkilərdə məğlub olsada postunu yalnız regional ölkələrin hərbi təzyiqlərindən sonra tərk edib.

Hazırda cənab Jammeh Ekvatorial Qvineyadadır.

Fotonun müəllifi Reuters
Image caption İnaqurasiyadan əvvəl Qambiyanın bayrağı Azadlıq Stadionunda yüksəldilib

Cənab Barrow ölkəyə yeni bir başlanğıc vəd edib.

O, artıq çox sayda siyasi məhbusu azad edib və ölkəni Beynəlxalq Cinayət Məhkəməsi kimi bir çox beynəlxalq təşkilatlara yenidən üzv etdirməyə hazırlaşır.

Bu barədə daha geniş