İraq qərbi Mosulu azad etmək üçün İD-ə qarşı hücuma başlayıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İraq əsgərləri musiqi fonunda mübarizə aparır

İraq hakimiyyətinin silahlı qüvvələri Mosul şəhərinin qərbindən özünü İslam Dövləti adlandıran qruplaşmanı qovmaq üçün hücuma başlayıb.

Bazar günü səhər saatlarında yüzlərlə hərbi maşın səhradan keçərək cihadçıların mövqelərinə doğru irəliləyib.

Əməliyyatın ilk saatlarında İraq əsgərləri Mosulun cənubundakı iki şəhəri geri alıb, yüksək rütbəli komandir bildirib.

Hökumət qüvvələri şəhərin şərqi hissəsini ötən ay geri alıb. Bu, İD-in İraqdakı axırıncı istinadgahı idi.

Fotonun müəllifi Quentin Somerville/BBC
Image caption Mosulun cənubundakı əməliyyat zamanı əsgərlər istirahət edir

Amma hərbi rəsmilər deyirlər ki, dar-dolambac küçələrinə görə qərbi Mosulu geri almaq daha da çətin ola bilər.

BMT burada qalan 650 000-dək dinc sakinin aqibəti barədə narahatlığını bildirib.

Daha əvvəl şəhərin qərbində, sakinlərə baş verəcək hücum barədə xəbərdarlıq edən vərəqələr atılmışdı.

Image caption BBC müxbiri Quentin Sommerville hadisə yerindən Twitter ilə fotolar göndərib: "Cənubi Mosul cəbhəsi"

Bu barədə daha geniş