İraq Ordusu Mosulun qərbinə doğru hücumlar edir

Iraqi soldier during a Mosul offensive. Photo: 20 February 2017

İraqın hökumət qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qrupun son böyük dayağı olan Mosulun qərbinə doğru hücumları bərpa edib.

Artilleriya atəş səsləri uzaqdan eşidilir, hökumət qoşunlarının yanında olan BBC müxbiri Quentin Sommerville bildirir.

Hücum bazar günü başlayıb, ordu artıq bir neçə kəndi ələ keçirib.

Ötən ay şəhərin şərq hissəsi ağır döyüşlərdən sonra İD-dən azad edilib.

BMT bildirib ki, 650 minədək əhali Mosulda çıxılmaz vəziyyətə düşüb.

Şəhərin qərbində yaşayan əhaliyə xəbərdarlıq vərəqələri verilib.

Hərbi rəsmilər deyirlər ki, əyri-üyrü və dar küçələri olan qərb hissənin əldə edilməsi şərqə nisbətən çətin ola bilər.

Bu barədə daha geniş