243000 $- Hitlerin müharibə zamanı istifadə etdiyi telefonun qiyməti

Телефон Гитлера Fotonun müəllifi EPA

Üçüncü reyx Adolf Hitlerin İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi telefon Amerikada hərracda 243 min dollara satılıb.

Alıcının kimliyi açıqlanmayıb.

Meryland ştatının Cheasepeake şəhərində keçirilən hərracda telefonun başlanğıc qiyməti 100 min dollar olub.

Hitlerin adı həkk olunan qırmızı telefon 1945-ci ildə onun Berlindəki yeraltı bunkerində aşkar edilib.

Sovet əsgərləri Almaniya təslim olduqdan sonra telefonu suvenir kimi Böyük Britaniya zabiti Ralph Raynerə təqdim ediblər.

Hərrac təşkilatçılarının bəyanatına görə, bu telefon "kütləvi qırğın silahı" kimi istifadə olunub, çünki Hitler məhz bu telefonla milyonlarla insanın qətlinə gətirib çıxaran əmrlər verib.

Fotonun müəllifi EPA

Hərracda həmçinin Hitlerə məxsus farfar heykəl də satılıb. Bu heykəl digər iştirakçı tərəfindən 24 min 300 dollara satın alınıb.