Pentagon başçısı: Biz İraq neftini ələ keçirmək istəmirik

James Mattis Fotonun müəllifi AP

ABŞ-ın müdafiə naziri James Mattis ABŞ -ın İraq neftini ələ keçirmək niyyətində olmadığını bəyan edib.

Beləliklə, Pentagon başçısı, ABŞ prezidenti Donald Trumpın Amerika hərbçilərinin İraq neft yataqlarını nəzarətə götürməsi barədə verdiyi bəyanata belə açıqlama verib.

Trump, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə və eyni zamanda döyüşçüləri əsas maliyyə mənbəyindən məhrum etmək üçün İraq nef yataqlarının amerikalı hərbçilər tərəfindən nəzarətə alınmasını bəyan etmişd.

"Mən düşünürəm ki, burda və Amerikada yaşayanların hamısı qaza və neftə görə ödəniş ediblər. Biz bunu gələcəkdə də davam etdirəcəyik. Biz İraqa kiminsə neftinə sahib çıxmaq üçün gəlməmişik"-deyə Mattis jurnalistlərlə söhbətində bildirib.

Bu gün elan olumamış səfərlə İraqa gələn Mattis İD qruplaşmasıyla mübarizə məslələrini müzakirə edəcək. Səfər İraq ordusunun Mosulun İD-nin nəzarətində olan qərb rayonlarına hücum əməliyyatlarının ikinci günündə baş tutub.

Şəhərin şərq rayonları bu ilin yanvar ayinda İraq hərbçilərinin nəzarətinə keçib.

Mattis-in səfər zamanı İD qruplaşmasına qarşı əməliyyatlarda iştirak edən hərbçilərlə, o cümlədən Suriyadakı ABŞ ordusunun komandanı Steven Townsend-lə görüşəcəyi gözlənilir. Pentagon İD-yə qarşı Suriya və İraqda əməliyyatları daha da tezləşdirmək niyyətindədir.

İD-yə qarşı əməliyyatlar Bağdad və Washington arasında gərgin münasibətlərin fonunda həyata keçirilir.

Yanvar ayında Donald Trump inaqurasiya mərasimindən sonra müsəlman ölkələri vətəndaşlarının ABŞ-a 90 gün ərzində səfər etməsini qadağan edən sərəncam imzalayıb.

İraq da bu ölkələrin arasındadır. Bundan sdonra parlament cavab tədbirlərinin görülməsi barədə çıxış etdi. Lakin İraqın baş naziri Heydər al-Abadi deputatlarla razılaşmayıb.

Daha sonra Washington ştatının Seattle federal məhkəməsi Trumpın əmrinin yerinə yetirlməsinin dayandırılması barədə qərar çıxarıb.

ABŞ prezidenti Donald Trump Mattisə İD-yə qarşı əməliiyyatların tezləşdirilməsi strategiyasını təqdim etməsi üçün bir həftə vaxt verib.