Hökumətlər "İD-ni məğlub etmək üçün korrupsiya ilə mübarizə aparmalıdırlar" - hesabat

Iraqi forces, supported by the Hashed al-Shaabi (Popular Mobilisation) paramilitaries, advance near the village of Sheikh Younis, south of Mosul 19 February 2017 Fotonun müəllifi AFP
Image caption İraq qüvvələri Mosulun İD nəzarətində olan cənub hissəsinə irəliləyirlər

Korrupsiya ilə mübarizə aparıb şərtlər dəyişdirilmədikcə, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı məğlub etmək mümkün olmayacaq, yeni hesabatda göstərilib.

Transparency International beynəlxalq şəffaflıq təşkilatı, Britaniya və ABŞ da daxil olmaqla Qərb hökumətlərini korrupsiyanın, xüsusilə də Yaxın Şərqdəki terrorizm üçün böyük bir güc olduğunu görməməkdə ittiham edib.

Təşkilat hökumətləri, hərbi büdcələrə daha çox nəzarət etməyə çağırıb.

Hesabat, İraq qüvvələrinin İD-nin Mosul istehkamına doğru irəliləməsindən sonra yayılıb.

Böyük Dövrə (The Big Spin) başlıqlı hesabatda, İD-nin öz saxtakar fəaliyyətlərini görməməzlikdən gəlib, korrupsiyadan istifadə edərək radikallaşdırma yaradaraq insanları cəlb etdiyi göstərilib.

"Korrupsiya İD üçün car çəkmək şansı yaradan, təşviqedici və əsas bir əməliyyatdır," Beynəlxalq Şəffaflıq Təşkilatının Müdafiə və Təhlükəsizlik direktoru Katherine Dixon deyib.

"Bu mövzu üzrə müvəffəqiyyətsizlik, zorakı ekstremizmin səbəblərini həll etmək üçün edilən səylərə xələl gətirir," o söyləyib.

Beynəlxalq ictimaiyyət, İŞİD kimi qrupların "ideologiyaları" və onların yaratdığı dini ritorikaya köklənərək, material vəziyyəti qulaqardına vurur," Xanım Dixon deyib.

Fotonun müəllifi Reuters
Image caption Sirt-də İD-in məğlubiyyətindən sonra bayraq yelləyən liviyalı döyüşçü

Dövlətlərdəki korrupsiyaya qarşı kampaniya aparan Transparency International sıralarına daha çox insan cəlb etmək üçün İD-in istifadə etdiyi bir sıra mövzuları aşkarlayıb.

Sosial media paylaşımlarında İD, sistematik korrupsiyanı - nepotizm (qohumbazlıq) və rüşvət da daxil olmaqla - önə çəkir və özünü təhlükəsizlik, ədalət və rifah carçısı kimi təqdim edir.

Bundan əlavə, İD, Sünni qruplar tərəfindən yayılan bir ayrı-seçkiliyi önə çəkir və Qərb və müttəfiqlərinin korrupsiyaya bulaşdığını iddia edir.

Ən pisi isə, korrupsiya fiziki olaraq bəzi qüvvələri zəiflədib. Misal olaraq, Mosula ilk hücumunda İD-ə qarşı mübarizə aparmaq üçün kifayət qədər əsgəri olmayan İraq ordusunu göstərmək olar. Bunun səbəbi isə minlərlə insanın ödənilən məbləğ qarşılığında iştirak etməməsi olub.

Xanım Dixon xəbərdarlıq edir ki, problem, yüksək səviyyədə həll olunmazsa, İD-ni məğlub etmək baş tutmayacaq.

Bəyanatın müəlliflərindən biri olan Xanım Dixon xüsusilə vurğulayıb ki, "biz, qərbli vergi ödəyicilərinin pulundan istismaredici və soyğunçu dövlət güclərinin yaradılması üçün istifadəsinə yol verməməliyik".

"Bu sadəcə, korrupsiya kanallarının İD kimi qruplarla gündəlik əməliyyatlarının qarşısının alınması deyil, həm də, gələcəkdə Mübarəklər [Misirdə], Qəddafilər [Liviyada] və Mələkilər [İraqda] ilə münasibətlərin yenidən gözdən keçirilməsi deməkdir," Xanım Dixon qeyd edib.

"Korrupsiya təhlükəsizliyə qarşı real təhdiddir və ən pisi isə, elitanın cibini doldurmaq üçün bir vasitədir. Sonda isə, korrupsiyaya bulaşmış hökumətlər, ictimai qəzəbi alovlandıraraq və təşkilatların etibarını sarsıdaraq, öz təhlükəsizlik böhranlarını inşa edirlər," o bildirib.

Bu barədə daha geniş