İrqçi serb azarkeşləri braziliyalı futbolçunu incidiblər

Partizan komandasının qapıçısı Filip Kljajic, Everton Luiz-i azarkeşlər təhqir etdikdən sonra qucaqlayıb Fotonun müəllifi AFP
Image caption Partizan komandasının qapıçısı Filip Kljajic, Everton Luiz-i azarkeşlər təhqir etdikdən sonra qucaqlayıb

Serbiyanın top futbol klublarından biri Partizan Belqrad-ın braziliyalı yarımmüdafiəçisi Everton Luiz-ə qarşı göstərilən irqçi münasibət, onun göz yaşlarına səbəb olub.

Rəqib komanda Rad Belqrad azarkeşləri tərəfindən ona qarşı, meymun və digər təhqiramiz atmacalar səslənib.

"Mən 90 dəqiqə gələn ərzində irqçi təhqirlərdən dözməyib ağladım," 28 yaşlı Everton Luiz deyib.

Partizan yaydığı bəyanatda oyunçunun arxasında dayanaraq deyib ki, "biz bu ağlasığmaz hərəkəti təşkil edənləri şiddətlə qınayırıq".

Matçın sonunda Everton-un Rad Belqrad azarkeşlərinə qarşı etdiyi qaba jest, bəzi Rad oyunçularını qəzəbləndirib. Nəticədə yaranan dava, hər iki tərəfin oyunçuları tərəfindən sakitləşdirilib.

Rad azarkeşləri həmçinin, havada Everton-u təhqir edən afişa yelləyiblər. Ev matçında Rad, Partizana 0-1 hesabı ilə məğlub olub.

"Məni ən çox təəccübləndirən, digər komandanın münasibəti oldu. Vəziyyəti sakitləşdirmək əvəzinə onlar, bu cür davranışı müdafiə etdilər.

Bütün bunları tez bir zamanda unutmaq istəyirəm," Everton bazar günü deyib.

Fotonun müəllifi AFP
Image caption Oyundan sonra göz yaşlarını saxlaya bilməyən Everton Luiz: Təhqirlər barışılmazdır, deyə şikayət edib

Partizanın baş məşqçisi Marko Nikolic, Reuters xəbər agentliyinə bildirib ki, klub, Everton-a intizam cəzası verəcək, lakin, Rad azarkeşlərinin də cəzalandırılması gərəkdir.

Everton 2013-cü ildə Avropaya köçüb və keçən ilin əvvəli Partizana qoşulmamışdan öncə, İsveçrə komandalarında oynayıb.

2012-ci ildə serbiyalı azarkeşlər, 21 yaşlıların beynəlxalq matçında da İngiltərənin qaradərili oyunçularına qarşı da irqçi şüarlar səsləndiriblər.

Meydançada oyunçular arasında yaşanan qalmaqala görə Avropa futbol orqanı UEFA, Serbiya və İngiltərə futbol assosiasiyalarını cərimələmişdi.

UEFA Partizanı, öndənməmiş borclar səbəbi ilə üç mövsüm Avropa yarışlarından kənarlaşdırıb.

Partizan və onun belqradlı böyük rəqibi Qırmızı Ulduz (Red Star) arasında tez-tez xuliqanlıq halları yaşanır.

Əlaqəli mövzular