Niderland: marixuananın yetişdirilməsilə bağlı qanun layihəsi dəstəklənib

Marixuana Fotonun müəllifi PA

Niderland parlamentinin aşağı palatası marixuananın yetişdirilməsinin qanuniləşdirilməsi barədə təşəbbüsün lehinə səs verib.

Bu qanun layihəsinə görə marixuananın yetişdirilməsilə peşəkar şəkildə məşğul olan şəxslər fəaliyyətlərinə görə cəzadan azad olunacaqlar.

Bu qanun layihəsini qəbul etmək üçün ölkə parlamentinin yuxarı palatası - Senat - layinəni dəstəkləməlidir.

Niderlandda artıq çoxdandır ki, qəhvəxana adlandırılan məkanlarda az miqdarda marixuana almağa icazə verilib.

Qanun layihəsi marixuanaya aid qanunların zəifləməsinin lehinə çıxışlar edən "Demokratlar-66" liberal partiyası tərəfindən irəli sürülüb.

Parlamentin aşağı palatasında 77 deputat layihənin lehinə, 72 nəfər isə əleyhinə səs verib.

Layihənin Senatda qəbul edilmək şansı çox azdır, çünki sənədi dəstəkləyən partiyanın yuxarı palatada yetərli səsi yoxdur.

Bütün bunlara baxmayaraq, marixuana becərilməsi ilə məşğul olanlar aşağı palatadakı səsverməni ümidverici addım kimi dəyərləndiriblər.

Bu barədə daha geniş