Meksika ABŞ-ın yeni sərhəd qaydalarını rədd edir

A demonstrator holds a placard reading: "No wall. Respect to immigrants and human rights" during a protest against U.S. President Donald Trump's proposed border wall and to call for unity, in Monterrey, Mexico, on 12 February Fotonun müəllifi Reuters
Image caption "Divara yox. Miqrantlara və insan haqlarına hörmət et"- Trump-ın qaydaları Meksikada nümayişlərə səbəb olub

Meksika ABŞ-ın demək olar ki, bütün qanunsuz miqrantların deportasiyasına imkan verən yeni qaydalarını tənqid edib.

Yeni qaydalara sənədsiz insanların, onlar meksikalı olmasa belə Meksikaya göndərilməsi daxildir.

Meksikanın xarici işlər naziri Luis Videgaray deyir ki, onun ölkəsi "digər bir hökumət tərəfindən tətbiq edilən birtərəfli qərarları qəbul edə bilməz".

İki aparıcı ABŞ rəsmiləri Meksikada bu qaydaları müzakirə edəcək.

Dövlət katibi, Rex Tillerson və Milli təhlükəsizlik naziri John Kelly son illərdə bu qonşular arasında ən pis münasibətlər fonunda prezident Enrique Pena Nieto ilə danışıqlar aparacaq.


Nə dəyişir?

Çərşənbə Axşamı açıqlanan yeni qaydalar ABŞ sərhəd işçilərinə qeyri-leqal miqrantları haradan olmaqlarından asılı olmayaraq Meksikaya geri göndərmək icazəsi verir.

Hərçənd ABŞ-ın Meksikanı əcnəbiləri qəbul etməyə məcbur etmək səlahiyyətinin olub-olmadığı aydın deyil.

Obama hökuməti yalnız ağır cinayətlərə görə məhkum miqrantların deportasiyasına icazə verirdi.

İndi isə istənilən kiçik inzibati pozuntu edən miqrantlar da deportasiya oluna bilər.

Fotonun müəllifi Getty Images
Image caption Cənab Trump-ın yeni siyasəti meksikalıları açıqlandırıb

Məlumatlara görə, hazırda ABŞ-da çoxu Meksikadan olmaqla, 11 milyon sənədsiz miqrant yaşayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş