Azərbaycan: Müdafiə naziri cəbhə xəttini ziyarət edir

Zakir Həsənov Fotonun müəllifi MOD

Azərbaycanın Müdafiə Nazirliyi son zamanlarda atəşkəsin pozulması və müdafiənin ön xəttində bölmələrin döyüşə hazırlıq səviyyəsini yerində qiymətləndirilmək üçün cəbhəboyunu ziyarət edib.

Nazirlik, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda "Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan mövqelərinin artilleriya atəşinə tutulması" nəticəsində əsgər Xanoğlan Xəlilovun həlak olmasından sonra bölgəyə səfər edir.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!", nazirliyin saytında bildirilir.

Bundan başqa, nazirliyinin saytında bildirilir ki, "müdafiə naziri Zakir Həsənova təqdim edilmiş kəşfiyyat məlumatları göstərir ki, düşmən öz qoşunlarının yenidən qruplaşması, həmçinin artilleriya sistemlərinin və digər iriçaplı texnikanın bizim müdafiənin ön xəttində cəmləşdirilməsi üzrə tədbirlər həyata keçirir."

"Bu isə düşmənin məqsədinin vəziyyətin gərginləşdirilməsinə yönəldiyini qeyd etməyə əsas verir", məlumatda deyilir.

Ermənistan tərəfi hələlik bu barədə şərh verməyib.