Trump transgenderlər tərəfindən ayaqyolunu seçmək haqqını ləğv edib

Туалет в американской школе Fotonun müəllifi AFP
Image caption Amerikanin bir neçə məktəbində artıq cinsiyyət seçimi olmayan ayaqyolular mövcuddur

ABŞ prezidenti Donald Trump administrasiyası transgenderlərin ictimai ayaqyolundan istifadə etməsi barədə qaydaların yenidən nəzərdən keçiriləcəyini bəyan edib.

Bu qaydalar eks-prezident Barack Obamanın vaxtında qəbul olunub. Obama tərəfindən tətbiq edilən qaydalar dövlət məktəblərində məktəblı-transgenderlərə özlərini qəbul etdikləri cinsiyyətə görə ayaqyolundan istifadə etməsinə icazə verir.

Bu qaydaların tətbiq edilməsi Barack Obamanın ən böyük ugurlarından biri kimi qiymətləndirilirdi. ABŞ-ın Ədliyyə və Təhsil Nazirliyi birgə bəyanat yayaraq bu qaydaların ləğv edilməsi barədə qərar qəbul etdiklərini bildiriblər.

"Trump-ın fikrincə, bu məsələlərlə federal hökumət deyil, ştat rəhbərliyi məşğul olmalıdır", - deyə Ağ evin mətbuat katibi Sean Spicer bildirib.

Barack Obama administrasiyası transgenderlərin ayaqyolundan istifadə etməsi barədə qanunu ötən ilin may ayında qəbul edib.

O zaman ABŞ-ın baş prokuror postunu tutan Loretta Lynch bu qanunun yeniyetmələrin öz həmyaşıdlarından təcrid olunmaqdan qorumaq məqsədilə qəbul edildiyini bildirmişdi.

Bu qərar milli dəyərlər və sosial inkişaf müdafiəçiləri arasında qızğın debatlara səbəb olmuşdu və nəticədə cəmiyyət iki hissəyə ayrılmışdı.

Qərarın əleyhinə olan tənqidçilər federal hökumətin bu qərarla səlahiyyətlərini aşdığını və şagirdlərin həyatını təhlükədə qoyduğunu bəyan etmişdilər.

Hüquqi məktəblər bu qaydalara riayət etmək məcburiyyətində deyildilər. Lakin Obama administrasiyası yeni qaydalara əməl etməyənləri dövlət maliyyə yardımından məhrum etməklə və onlara qarşı iddia qaldırmaqla hədələmişdi.

Trump administrasiyasının yeni qərarının hələ ki, məktəblərə elə bir təsiri olmayacaq. Cünki Obamanın bu qərarı ötən ilin avqustunda müvəqqəti olaraq Texas məhkəməsi tərəfindən qadağan olunmuşdu.

Obamanın bu qərarına 13 ştat rəhbərliyi də etiraz etməyə cəhd göstərmişdi.

Şimali Caroline-da qəbul edilən qərara əsasən məktəblilər doğum şəhadətnaməsində göstərilən cinsiyyətinə uyğun olaraq ayaqyoluna getməlidirlər. Buna bənzər qanun Texas ştatındada müzakirə olunub.

Fotonun müəllifi Reuters
Image caption 200-ə yaxın transgender və LGBT fəalı qəbul edilən qərara etiraz əlaməti olaraq Ağ evin qarşısına toplaşıb

Transgenderlərin ayaqyolunu öz istəklərinə uyğun seçmələrinin qadağan edilməsinın tərəfdarları öz seçimlərini ailə dəyərlərinin və ictimai təhlükəsizliyin qorunmasıyla izah ediblər.

Onlar Trumpın hazırkı qərarını sevinclə qarşılayaraq bunun məktəblilərin şəxsi həyatını qoruduğunu bildirblər.

"Bizim qızlar özəl, intim yerləri kişi cinsiyyətindən olan sinif yoldaşlarıyla paylaşmaq məcburiyyətində deyillər. Hətta bu yeniyetmələrin bu sahədə çətinlikləri olsa belə. Bu onların şəxsi həyat və ləyaqət hüquqlarını pozur ", - deyə "Şagird və valideynlərin gizliliyi" təşkilatının üzvü Viki Welson belə deyib.

LGBT hüquqları uğrunda mübarizə aparan fəallar isə bu qərarı transseksualların hüquqlarının müdafiəsində geri addım kimi dəyərləndiriblər.

"Onları müdafiə olunmaqdan məhrum edən Trump administrasiyası bununla müdafiəyə daha çox ehtiyacı olan uşaqların təhlükəsizliyini və sakitlyini risk altında qoyur ", - deyə Amerika Müəllimlər Federasiyasının sədri Randi Weingarten bildirib.

Seçkiqabağı kampaniya zamanı Donald Trump bu məsələ ilə bağlı bir neçə dəfə firkini dəyişib. Əvvəlcə şagirdlərin öz seçiminə uyğun ayaqyolundan istifadə edə biləcəyini desə də, sonradan respublikaçılar onu tənqid etdiyinə görə firkini dəyişmişdi.

Bu barədə daha geniş