NASA: Yerə bənzəyən 7 planet aşkar edilib

Ekzoplanetlər Fotonun müəllifi NASA

ABŞ-ın NASA kosmik agentliyi Günəş sistemindən 40 işıq ili məsafəsində Yerə bənzəyən 7 yeni planetin aşkar edildiyini bəyan edib.

Bütün planetlər TRAPPİST-1 ultra-soyuq qırmızı cırtdan ulduzunda aşkar edilib.

Ölçüsünə görə Yerlə müqayisə edilən bu planetlər maye halında suyun tapılması üçün yararlıdır.

TRAPPİST - 1 ətrafında fırlanan 3 planetdə isə nəzəri olaraq həyat ola bilər.

"İkinci Yerin aşkar edilməsi "əgər" deyil, "nə zaman" sualını doğurur", - deyə NASA kosmik agentliyinin direktorunun müavini Thomas Zurbuchen Washingtonda keçirilən mətbuat konfransında bildirib.

"Planetlərin hamisi bir-birinə, ulduzlara çox yaxındırlar və Yupiter ətrafındakı aya bənzəyirlər. Bununla yanaşı ulduz o qədər az və o qədər soyuqdur ki, planetlərdə maye halında suyun və həyatın olması mümkündür",- deyə NASA-nın digər nümayəndəsi Michael Gieon açıqlayıb.

Astronomların danışdıqlarına görə planetlər "Spitcher" kosmik teleskopunun köməyilə aşkar edilib. Bundan başqa astronomların fikrincə, bu teleskop vasitəsilə aşkar edilən ən vacib hadisədir.

Aşkar edilən 7 planet yerdən 39-40 işıq ili məsafədə yerləşir.

"Bu planetlərə reaktiv təyyarə ilə uçası olsaq, bu səyahət 40 milyon ili əhatə edəcək", - deyə Baltimordakı Kosmik Tədqiqatlar İnstitunun əməkdaşı Nicol Luis qeyd edib.

Fotonun müəllifi NASA
Image caption TRAPPİST planetinin səthi belə görünə bilər (rəssamın təsviri)

Bu günə qədər alimlərə "Yerin əkizi" sayılan onlarla planet məlumdur.

Ulduzların həyat sərhədləri zonasında yerləşən və ehtimalən həyat üçün yararlı olan yer tipli planetlər "Yerin əkizi" adlandırılır.

Bununla yanaşı alimlər bu planetlərdə həyatın olmasını sübut edəcək faktları əldə edə bilməyiblər.

Yeni planetlər barədə məqalə Nature jurnalında dərc olunub.

"TRAPPİST-1 ulduzundan ən uzaqda olan planetdə istiliyi effektiv saxlayan və daha çox Venera atmosferinə bənzəyən atmosfer olsaydı o zaman bu planet həyat üçün yararlı ola bilərdi", - deyə tədqiqatın müəlliflərindən biri, Cambridge University-nin əməkdaşı Amori Trio BBC-ə açıqlamasında bildirib.

Təhlil : David Shukman, BBC-nin elmi məsələlər üzrə şərhçisi

Digər planetlər sistemində o qədər planetlər aşkarlanıb ki, onların potensial əhəmiyyətini hiss etməmək də mümkündür.

NASA-nın siyahısında artıq 3449 planet var. Lakin buna baxmayaraq son kəşflər əsl mənada insan təxəyyülünü həyəcanlandırır.

Məsələ yalnız kəşf edilən planetlərin sayında və ya onların bəzisinin ölçüsünə görə Yerə yaxınlaşmasında da deyil.

Burada məsələ ondadır ki, TRAPPİST-1 ulduzu balaca və aydın deyil. Bu isə o deməkdir ki, onun işığı digər ulduzlarda olduğu kimi teleskopa təsir etmir.

NASA-nın elan etdiyi yeni kəşflər bu yeni aləmlərin və onların atmosferinin öyrənilməsinin başlanğıcıdır. Bu prossesin növbəti mərhələsi artıq başlanıb.

Alimlər bu planetlərin səthində həyatın olduğunu təsvir etmələri üçün orada oksigen və metan kimi qaz izlərinin olub-olmadığını müəyyən etməyə cəhd göstərirlər.

Yeni planetlər barədə söhbətlər həmişə yadplanetlilər barədə söhbətləri də yada salır.

NASA-nın yeni kəşfi həqiqətəndə yerdən kənarda həyatın olub-olmadığı barədə həqiqətləri ortaya çıxara bilər.

Bu barədə daha geniş