Trump ABŞ-ın nüvə sahəsində "zirvədə olmağını" istəyir

Inflatable nuclear missile Fotonun müəllifi Getty Images
Image caption Washington-da nümayiş zamanı hava ilə doldurulmuş nüvə silahı maketi

Prezident Donald Trump bəyan edib ki, o ABŞ-ın öz nüvə arsenalını genişləndirməsini istəyir.

Cənab Trump bildirib ki, ABŞ nüvə silahı gücü ilə "geridə qalıb" və o "zirvədə olmalıdır".

Əgər heç bir ölkənin nüvə silahı olmasaydı bu, "gözəl olardı", o Reuters agentliyinə müsahibəsində bildirib.

ABŞ-ın 6,800 nüvə silahı var, Rusiya isə 7000 belə silaha malikdir, ABŞ Silahlara Nəzarət Assosiasiyası bildirib.

O, seçki kampaniyası zamanı da nüvə silahlarının sayının artırılması ilə bağlı şərhlər bildirib.

ABŞ və Rusiya arasında silahların məhdudlaşdırılması üzrə Yeni başlanğıc adlanan müqavilə tələb edir ki, gələn ilin fevralın 5-dək hər iki ölkə 10 il ərzində nüvə silahlarının sayını bərabər səviyyədə məhdudlaşdırmalıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş