Suriyalı qaçqın 20 nəfəri öldürməkdə ittiham edilir

Взорванный танк Fotonun müəllifi Шарифулин Валерий
Image caption Adı açıqlanmayan qaçqın silahsız və yaralı əsgərləri öldürməkdə ittiham edilir

Avstriya rəhbərliyi sığınacaq istəyən 27 yaşlı suriyalı qaçqını "terror zəminində qətllərdə" ittiham edir.

İstintaqın nəticələrinə görə, bu şəxs Homsadakı döyüşlərdən sonra 20 nəfər silahsız və yaralı əsgəri öldürməkdə günahlandırırlır. Məhkəmə mart ayında keçiriləcək.

"Der Standard" qəzetinin yazdığına görə, burada söhbət Homsa qaçqın düşərgəsində böyüyən Fələstin vətəndaşlığı olmayan şəxsdən gedir.

Avstriya KİV-lərinin yazdığına görə, insanları öldürdüyü güman edilən bu şəxs özü qonşulara "Suriya azad ordusu" ilə əlaqəsi olan islam qruplaşması sıralaraında döyüşdüyünü və hökumət ordu əsgərlərini necə oldürdüyünü danışıb.

İttiham olunan qaçqına qarşı istintaq işi ötən ildə başlanıb.

Adı açıqlanmayan qaçqın ittihamları rədd edir. Vəkillər isə həmin ərəfələrdə müdafiə etdikləri şəxsin psixoloji sarsıntı keçirdiyini iddia edirlər.

Avstriya vətəndaşı olmayan bu şəxs ölkə ərazisində cinayət törətməyib. Lakin Suriyada döyüşlər davam etdiyinə görə onu ekstradasiya etmək mümkün deyil.

İlk dəfədir ki, Avstriyada ölkədən kənarda törətdiyi cinayətə görə cinayət işi qaldırılıb. Cenevrə konvensiyası silahsız və yaralı əsgərləri öldürməyi qadağan edir.

Avstriyanın rəsmi nümayəndələrinin sözlərinə görə, müttəhimin danışdıqları terror aktı kimi qiymətləndirilir və böyük ehtimalla o terrorla beynəlxalq mübarizə əsaslarına uyğun cəzalandırlacaq.

Əlaqəli mövzular