Şərqi Liviyada vətəndaşlara regiounu tərk etmək qadağan edilib

Xəlifə Xaftar Fotonun müəllifi Getty Images
Image caption Özünü müstəqil elan edən regionun lideri general Xəlifə Xaftar bir qədər əvvəl Mockvaya səfər edib.

Özünü müstəqil elan edən Şərqi Liviya hökuməti yaşı 18-45 arası olan vətəndaşlara hakimiyyətin icazəsi olmadan regionu tərk etmələrini qadağan edib.

Muxtariyyat rəhbərliyi yeni qaydaları regiondan gedənlərin sonradan ekstremist qruplaşmalara üzv olmaları ilə izah edib.

Şərqi Liviya muxtar hökumət tərəfindən 2013-cü ildən idarə olunur.

Ölkənin qərb hissəsi digər administrasiyanın nəzarətindədir. Hər iki hökumət bir-birini tanımır, lakin faktiki olaraq ölkənin böyük hissəsi silahlı qruplaşmanın nəzarətindədir.

Bir neçə gün əvvəl şərq regionu administrasiyası qadınların xarici kəşfiyyatla ünsiyyət qurduğunu əsas gətirərək onların ölkədən kənara çıxmasını qadağan etmişdi.

Lakin sonradan uyğun qərarın qəbul edilməsi nəticəsində bu qadağa ləğv edilib. Hazırda qadağa kişilərə də tətbiq olunur. Beləliklə, regionun Hərbi Kəşfiyyat və Müdafiə Nazirliyi ölkədən kənara çıxmaq üçün icazə verməlidir.

Liviyada nə baş verir

2011-ci ildə, ölkə prezidenti Müəmmar Qəddafi devrildikdən sonra heç kim güclü mərkəzi hökumət qurmağa nail ola bilməyib. 2011-ci ilin oktyabrında Qəddafinin rəqiblərinin daxil olduğu Milli Keçid Şurası yaradıldı.

2012-ci hakimiyyət səsvermə nəticəsində seçilən Ümumi Milli Konqresə (ÜMK) təhvil verildi. 2014-cü ilin yayında isə ÜMK Nümayəndələr Palatası ilə əvəz olundu.

Seçilmiş parlament nüfuzlu silahlı qruplaşmanın nəzarətində olan Tripolini tərk edərək ölkənin şimal-şərqində yerləşən Tobrukda mənzilləndi.

6 aydan sonra Liviyada beynəlxalq qanuni hakimiyət meydana gəldi. 2015-ci ilin 17 dekabrında Mərakeşin Sxirat şəhərində BMT-nin vasitəçiliyilə siyasi saziş imzalandı.

Bu sənədə əsasən ölkədə müvəqqəti Vahid Milli Hökumət (VMH), həmçinin dövlət başçısı funksiyalarını yerinə yetirən prezident şurası (9 nəfərdən ibarət) yaradıldı.

Hökumətə baş nazir Faiz Sarac başçılıq edirdi. Beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən VMH həmçinin parlamentin razılığını almalıdır.

Qanunverici orqan isə təklif edilən nazirlərin siyahısının əleyhinə iki dəfə etiraz edib.

Şərqi Liviyada (və ya Kirenaikada) 2013-cü ildə muxtar hökumət qurulub. Beynəlxal ictimaiyyət Şərqi Liviya hökumətini tanımır. Onun lideri, general Xəlifə Xaftar bu yaxınlarda Moskvada səfərdə olub.

Bəzi məlumatlara görə, o, hərbi yardım istəyib. Rusiya görüş zamanı silah məsələlərinin müzakirə edildiyini təkzib edib və BMT Təhlükəsizlik Şurası tərəfindən qoyulan embarqoya ciddi riayət etdiyini bildirir.

Bu barədə daha geniş