Kim Jong-nam "VX maddəsi ilə öldürülüb"

Kim Jong-nam Fotonun müəllifi JUNG YEON-JE/AFP/Getty Images

Şimali Koreya liderinin atabir qardaşı yüksək dərəcədə zəhərli sinir qazı ilə qətlə yetirilib, Malayziya hakimiyyəti bildirir.

İlkin məlumatlara görə, Kim Jong-nam-ın ölümünə səbəb VX tipli toksinlə zəhərlənmə olub.

Belə qənaətə onun üzündə qalan kimyəvi maddənin tərkibini təhlil edən mütəxəssislər gəliblər.

VX - sinir-paralitik təsirə malik maddədir və süni sintez edilənlər arasında ən güclüsü sayılır. Qaz BMT tərəfindən kütləvi qırğın silahlarına aid edilib.

Hazırda VX qazına, Rusiya, ABŞ və Suriya daxil olmaqla cəmi bir neçə ölkə malikdir.

Kim Jong-nam ötən həftə Kuala-Lumpur aeroportunda üzünə zəhərli olduğu deyilən maddə ilə isladılmış yaylığın atılmasından sonra vəfat edib.

Bu barədə daha geniş