Kim Jong-nam-ı öldürməkdə şübhəli bilinən qadına "zarafat üçün $90 ödənilmişdi"

Siti Aisyah Fotonun müəllifi EPA
Image caption Siti Aisyah "yaponiyalı və ya koreyalıya oxşayan adamlarla" görüşüb, İndoneziya rəsmiləri deyib

Şimali Koreya liderinin atabir qardaşının ölümü ilə bağlı həbs edilən indoneziyalı qadın deyir ki, "zarafatı" həyata keçirmək üçün ona 400 Malayziya ringgiti ($90) verilmişdi.

İndoneziya səfirliyinin rəsmiləri 25 yaşlı Siti Aisyah ilə şənbə günü Malayziya paytaxtında görüşüb.

O deyib ki, realiti-şou üçün zarafat olaraq Kim Jong-nam-ın üzünə "uşaq yağı" sürtmək üçün ona pul ödənilib.

Tibbi yoxlamalara əsasən cənab Kim yüksək dərəcədə zəhərli sinir qazı olan VX ilə qətlə yetirilib.

Bu maddə BMT tərəfindən kütləvi qırğın vasitəsi kimi qiymətləndirilir.

Bu hücumun arxasında Şimali Koreyanın durduğu barədə fikirlər geniş yayılsa da Şimali Koreya iddiaları rədd edir.

Siti Aisyah-dan başqa, hadisə ilə bağlı vyetnamlı qadın və Şimali koreyalı kişi də həbs olunub. Daha 7 nəfər axtarışa verilib.

Fotonun müəllifi Science Photo Library
Image caption XV sinir qazı BMT tərəfindən kütləvi qırğın vasitəsi kimi qiymətləndirilir

Bu barədə daha geniş