Oskar mükafatı: Ən yaxşı film "Moonlight"dır

Timberlike Fotonun müəllifi Getty Images
Image caption Oskar mükafat mərasimini Justin Timberlike açıb

Amerikanın "Oskar" Kinematoqrafiya Sənəti Akademiyasının "ən yaxşı filmi" mükafatını Barry Jenkins-in "Moonlight" filmi alıb.

Hərçənd ki dəqiqələr öncə bu nominasiyada "La-La Land" musiqili filmi səhvən elan edilmişdi.

Mükafatı təqdim edən Warren Beatty izah edib ki, ona səhv məktubu veriblər.

Elandan sonra səhnəyə çıxan "La-La Land" filminin çəkiliş qrupu təşəkkür nitqinə başlayıb. Prodüserlərdən biri onları saxlayıb və bildirib ki, əslində "Moonlight" qalib gəlib.

"Moonlight"-ın qalib gəlmə anını izləyin. Moonlight filmi Miami-nin kasıb rayonlarında yeniyetmənin böyüməsini canlandırır.

Fotonun müəllifi Getty Images
Image caption Barry Jenkins-in "Moonlight" filmi "İlin ən yaxşı filmi" oldu

"La-La Land" filmi isə başqa nominasiyalarda 6 dəfə qalib olub. Belə ki, baş rol ifaçısı Emma Stone "ilin ən yaxşı aktrisası" mükafatına layiq görülüb.

Fotonun müəllifi Reuters
Image caption "İlin ən yaxşı aktrisası"- Emma Stone

Filmin rejissoru Damien Chazelle "ən yaxşı rejissor işi"nə görə "Oskar"ı qazanıb.

"Bu sevgi haqqında film idi və mən onu hazırlayarkən sevgiyə düçar olduğuma görə xoşbəxt idim", o mükafatı alarkən bildirib.

Chazelle bu mükafatı alan ən gənc rejissorlardan biridir.

Fotonun müəllifi Getty Images
Image caption "İlin ən yaxşı aktyoru" - Casey Affleck

"Dəniz sahilində Manchester" filmində oynamış aktyor Casey Affleck "ilin ən yaxşı aktyoru" olub. Bu ada "La-La Land"da baş rolu ifa vermiş Ryan Gosling də namizəd idi.

"La-La Land" əvvəldən bu mükafatın favoriti sayılırdı. Musiqili film 14 nominasiya üzrə namizəd olsa da, onlardan bir qismini uduzub. Bu film mahnı və musiqilərinə, eləcə də operator işinə görə də iki mükafat alıb.