Çilidə milyonlarla insan içməli susuz qalıb

Maylo çayı Fotonun müəllifi AP
Image caption Leysan yağışları ötən şənbə başlayıb

Çilidəki leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri paytaxt Santyago-nun yaxınlığındakı anbara aparan çayda suyun çirklənməsinə səbəb olub.

Nəticədə ölkə rəhbərliyi 4 milyon insana içməli suyun verilməsinin dayandırılması barədə göstəriş verib.

Ölkə rəhbərliyi suyun verilməsini Maylo çayında suyun çirklənmə səviyyəsi aşağı endikdən sonra bəpa ediləcəyini bəyan edib.

Şəhər sakinləri ehtiyat su şüşələrindəki sudan istifadə edirlər.

Şəhər rəhbərliyinin göstərişilə restoranlar və məktəblər də bağlanıb.

Xilasedici xidmətin verdiyi məlumata görə, baş verən təbii fəlakət nəticəsində bir sıra dağlıq rayonlarda avtomobil yolları bağlanıb və bəzi yaşayış məntəqələri ətraf mühitdən təcrid olunub.

Fotonun müəllifi AFP
Image caption Hökumət əhali üçün içməli su təşkil edib

Santyago vilayətinin qubernatoru Claudio Orteganın sözlərinə görə, təqribən yarım milyon evə içməli suyun verilməsi dayandırılıb.

"Biz içməli suyun verilməsinin nə zaman bərpa ediləcəyini bilmirik"-deyə cənab Ortega bildirib.

Daşqınlar və sürüşmələr nəticəsində azı 4 nəfər həlak olub.

Buna qədər Çilinin mərkəzi rayonları quraqlıqdan və meşə yanğınlarından əziyyət çəkirdi.

Bu barədə daha geniş