Katimerini: Afina, Ankara ilə yaşanacaq 2 illik hərbi və siyasi gərginliyə hazırlaşır

Yunan sahil güvenlik gemisi Fotonun müəllifi AFP

Yunanıstanda dərc olunan Katimerini qəzeti, Afinanın Ankara ilə iki il davam edə biləcək bir hərbi, siyasi və iqtisadi gərginliyə hazırlaşdığını yazıb.

Qəzet, "Hökumətin Ankaranın son təxribatlarını. Egey dənizindəki iddialarını yenidən gündəmə gətirmə planının bir hissəsi olaraq gördüyünü" deyib.

Qəzetdə xülasə ilə aşağıdakı ifadələr yer alıb:

"Yunanıstanlı və xarici mütəxəssislər, Türkiyənin sərt mühakimələrini 16 apreldə baş tutacaq referendumla bağlayırlar. Prezident Recep Tayyip Erdoğan, seçicilərə təsir etmək üçün, milliyyətçilik kartından istifadə edir. Erdoğan üçün risk böyükdür. Belə ki, səsvermənin xeyr ilə nəticələnməsi, qonşusunu daha dərin bir böhrana apara bilər."

'Ankara Yunanıstanın suverenliyini müzakirəyə çıxarır'

"Bununla birlikdə, təxribatların sadəcə daxili istehlaka yön populist bir cəhddən ibarət olmadığı inamı mövcuddur. Çünki, Ankara, Yunanıstanın suverenlik haqlarını müzakirəyə çıxararaq, Egeydəki qaranlıq məqamları yenidən gündəmə gətirir."

"Yunanıstanın, çevriliş cəhdi ilə əlaqəsi olduğu iddia edilən səkkiz zabiti təslim etməməsi qərarı və bu həftə daha iki zabitin sığınacaq müraciəti, vəziyyəti daha da çətinləşdirib."

"Afina belə bir məqamda, Türkiyədəki referendumdan daha çox sonraya; 2019-cu ildə əsas seçkiyə qədər davam edəcək gərginliyə hazırlaşır."

"ABŞ Xarici İşlər Nazirliyi, iki NATO üzvü arasındakı gərginliyi yaxından izləyir. Lakin, Avropa və Avrasiyadan məsul müşavirlər təyin edilmədikcə, ABŞ-dan məsələlərin dialoq yolu ilə həlli təklifindən başqa bir şey gözləməyə dəyməz."

"Keçmişdə Richard Holbrooke və Victoria Nuland kimi diplomatlar bu vəzifəyə sahib olublar və paytaxtlar arasında əlaqələrin qurulmasını təşkil ediblər."

Bu barədə daha geniş