İslamçı silahlılar almaniyalı "girovu öldürüblər"

Jurgen Kantner Malayziyanın Sabah ştatı sahillərindəki yaxtasından noyabr ayında qaçırılmışdı. Fotonun müəllifi AFP
Image caption Jurgen Kantner Malayziyanın Sabah ştatı sahillərindəki yaxtasından noyabr ayında qaçırılmışdı.

Filippindəki İslamçı silahlılar almaniyalı girovun başının kəsilməsini əks etdirən videogörüntünü internetə yerləşdiriblər.

Jurgen Kantner Malayziyanın Sabah ştatı sahillərindəki yaxtasından noyabr ayında qaçırılmışdı.

Onunla yaxtada olan Sabine Merz-in cəsədi daha sonra qayıqda aşkar olunub.

Jurgen Kantner-in azad edilməsi üçün 30 milyon pesonu ($600,000) ödəmək barədə ultimatumun son müddəti bazar günü başa çatib.

2008-ci ildə 70 yaşlı Kantner və Sabine Merz Somali piratları tərəfindən oğurlanmışdılar.

52 gün girovluqda qalan almaniyalılar tələb edilən məbləğin ödənilməsindən sonra azad edildilər.

SİTE silahlı-monitorinq qrupunun internetə yüklədiyi videoda cənab Kantner-in əlində bıçaq yelləyən şəxs tərəfindən qətlə yetirildiyini görmək olar.

Police cənab Kantner-in bazar günü cənubdakı Sulu vilayətinin İndanan bölgəsində öldürüldüyünü bildirir.

Hərçənd ki, onun cəsədi hələ ki, tapılmayıb.

Hökumət nümayəndəsi girovun öldürüldüyünü təsdiqləyib.

"Ən son anlara kimi, silahlı qüvvələr də daxil olmaqla bir çox orqanlar tərəfindən onu xilas etmək cəhdləri nəticəsiz başa çatıb", Jesus Dureza deyib.

Əbu Səyyaf Cənubi Filippində ən kiçik və ən zorakı cihadçı qruplaşmalarından sayılır. O, baş kəsmələr də daxil olmaqla qəddarlığına görə ad çıxarıb.

İslam Dövləti adlandırılan qruplaşmaya sədiqliyini bildirən Əbu Səyyaf dəfələrlə əcnəbilərin oğurlanmasını həyata keçirib.

Onlardan bəziləri, girov pulu ödənildikdən sonra buraxılsa da, digərləri hələ də girovluqda saxlanılır.

Police cənab Kantner-in bazar günü cənubdakı Sulu vilayətinin İndanan bölgəsində öldürüldüyünü bildirir.

Hərçənd ki, onun cəsədi hələ ki, tapılmayıb.

Fotonun müəllifi Abu Sayyaf
Image caption Əbu Səyyaf Cənubi Filippində ən kiçik və ən zorakı cihadçı qruplaşmalarından sayılır. O, baş kəsmələr də da daxil olmaqla qəddarlığına görə ad çıxarıb.