Avstriyalı nazir: Erdoğanın kampaniyası "yaxşı qəbul olunmayacaq"

Sebastian Kurz Fotonun müəllifi EPA

Avstriya Xarici İşlər naziri Sebastian Kurz, prezident Recep Tayyip Erdoğan-ın aprelin 16-ı baş tutacaq referendumla bağlı ölkəsində kampaniya aparmasının "yaxşı qəbul olunmayacağını" deyib.

Kurz, nazirliyi yaydığı açıqlamada bildirib ki, "kampaniya fəaliyyəti yaxşı qəbul olunmayacaq."

"Təbii ki, Türkiyə prezidenti də digər yüksək vəzifəli siyasətçilər kimi, yüksək vəzifəli nümayəndələrlə görüşmək üçün Avropa və Avstriyaya qarşılıqlı səfərlər edə bilər. Ancaq, Türkiyədəki kampaniya və qütbləşməni Avstriyaya gətirməsini, açıq şəkildə rədd edirik", cənab Kurz bildirib.

Fotonun müəllifi AP
Image caption Recep Tayyip Erdoğan

Açıqlamada Erdoğan-ın Avstriya və Almaniyaya ziyarətlərinin, tərəfdarları ilə kürd əsilli türkiyəlilər arasında "gərginlik" yaratdığını və gərginliyin "15 iyul çevriliş cəhdindən sonra artdığı" vurğulanıb.

Avstriya Xarici İşlər Nazirliyinin açıqlamasında, baş nazir Binali Yıldırım-ın 18 fevralda Almaniyanın Oberhausen şəhərində etdiyi çıxışda prezident Erdoğan-ın Avropa Birliyi ölkələrində kampaniya aparacağını deməsinə diqqət ayrılıb.

'Avstriya Xarici İşlər nazirinin açıqlamasını yaxşı qəbul edə bilmərik'

Baş nazir köməkçisi Numan Kurtulmuş isə, Avstriya Xarici İşlər nazirinin açıqlamasını 'yaxşı qəbul edə bilməyəcəklərini' deyib.

Fotonun müəllifi DHA
Image caption Baş nazir köməkçisi Numan Kurtulmuş

Kurtulmuş bu açıqlamaların "demokratik standartlarda qəbul edilən bir şey olmadığını" bildirib və sözlərinə belə davam edib:

"Vətəndaşlarımızın Türkiyənin prezidentini yeni hökumət sistemi modeli çərçivəsindəki hökumət başçısı seçə biləcəkləri bir referendumun, səsvermədən asılı olmayaraq, orada yaşayan türk vətəndaşlarına açıq olması demokratiyanın bir hissəsidir.

"Türkiyədə necə fəaliyyət göstəririksə, Avropada da eyni şəkildə davam edəcəyik. 'Hə' deyənlər də kampaniya aparacaq, 'yox' deyənlər də.

"Bu, onları və ya digər ölkələri maraqlandıran bir vəziyyət deyil. Çünki, bu, onların seçimi deyil..."

Bu barədə daha geniş