Oscar mərasimində çaşqınlığın əsas günahkarı kimdir?

Martha Ruiz və Brian Cullinan Fotonun müəllifi Getty Images
Image caption Mərasim vaxtı PriceWaterhouseCoopers şirkətinin nümayəndələri zərfləri aparıcalara verirlər.

PriceWaterhouseCoopers şirkətinin icraçı partnyoru Brian Cullinan Oscar mərasimində qaliblərin elan olunması ilə bağlı yaranmış "çaşqınlığın əsas günahkarı" adlandırılıb.

Uzun illərdir ki, Amerika kinoakademiyası üçün səslərin sayılmasını aparan şirkətin bəyanatına əsasən Brian Cullinan qaliblərin adlarını daşıyan zərfləri səhv salıb.

Bu aşkar olandan sonra isə o və onun həmkarı Martha Ruiz səhvi düzəltmək üçün cəld hərəkət etməyiblər.

Bu ilin Oscar mükafatı "Moonlight" filminə verilib, hərçənd ki, bundan əvvəl mərasimdə La La Land filminin qalib gəldiyi elan olunmuşdu.

Aparıcı vəziyyəti izah edərək ona yanlış zərfin verildiyini bildirmişdi.

Bəs görəsən səhv necə baş verə bilərdi?

Mərasimə hazırlıq aparılarkən PriceWaterhouseCoopers şirkətinin nümayəndələri səsləri sayaraq qalibi müəyyən edirlər.

Onlar hər təsadüfə qarşı qaliblərin adlarını daşıayn bir neçə dəst zərf hazırlayırlar.

Mərasim gedişatında PriceWaterhouseCooper şirkətinin nümayəndələri səhnənin hər iki tərəfində duraraq zərfləri aparıcılara ötürürlər.

"Ən yaxşı aktrisa" nominasiyasında Emma Stone-a Oscar təqdim edilərkən analoji zərf səhvən aparıcı Warren Beatty-ə də verilmişdi.

Warren Beatty həmin vaxt "Ən yaxşı film" nominasiyasının qaliblərini elan etməli idi.

"PriceWaterhouseCoopers Oscar-ların təqdim olunması mərasimində baş verən səhvlər silsiləsi və təsdiqlənmiş qaydaların pozulmasına görə məsuliyyəti tam üzərinə götürür", - bəyanatda deyilir.

"Brian Cullinan aparacıya ən yaxşı film zərfi əvəzinə "Ən yaxşı aktrisa" nominasiyasına aid zərfi ötürüb".

Cənab Cullinan PricewaterhouseCoopers şirkətində 20 ildir ki, işləyir.

PricewaterhouseCoopers nümayəndəsinin Twitter hesabına əsasən o, mükafatın qalibi seçilərkən səslərin sayılması və məxviliyə görə də cavabdehlik daşıyan rəsmidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş