Erotika fotoqrafının ölümü Çinin incəsənət aləmini sarsıdıb

Ren Hang-ın Taschen nəşrində dərc olunan işi. Fotonun müəllifi Ren Hang / Taschen
Image caption Ren Hang (fotoşəkildə o deyil) tez-tez məşhur aktyorların şəkillərini çəkərmiş

Ehtimal edilir ki, provokativ fotoşəkil və şeirlərilə tanınan Ren Hang uzun sürən depressiyanın ardınca öz həyatına son qoyub.

30 yaşlı fotoqrafın işləri Gucci və GQ kimi nəşrlərdə dərc olunurdu.

Ötən həftə baş verən hadisənin təfərrüatları hələ ki, naməlum qalsa da, Ren Hang-ın intihar etdiyi güman olunur.

Fotonun müəllifi Ren Hang / Taschen

Məşhur Taschen nəşrinin redaktoru Dian Hanson ötən ilin oktyabr ayında Ren Hang-ın "dünyadakı siyasi qeyri-sabitlik nəticəsində" daha da kəskinləşən depressiya yaşadığını bildirir.

Ren Hang ölkənin şimal-şərqindəki Girin şəhərində anadan olub. Daha sonra o paytaxt Pekinə köçüb. Bu ərəfədə Ren Hang darıxdığı üçün dostların şəkillərini çəkməyə başlayır.

Vaxt keçdikcə erotik şəkillər ona məşhurluq gətirir. Cənab Hang-ın səhnələşdirilmiş fotolarının qəhrəmanları olaraq tez-tez gənc aktyor və aktrisalar çıxış edir.

Ren Hang hesab edirdi ki, o sosial şəbəkələrin yayılması dönəmində yetişən gənc nəslin nümayəndəsidir.

Onun işləri Facebook, İnstagram və Flickr saytları ilə yanaşı sənətçinin öz saytında da dərc olunurdu.

Ren Hang-ın gənclər arasında geniş pərəstişkarları olub. Bir çoxu onda fotoşəkillərini çəkdirmək arzusunda olub.

Cənab Hanq-ın pərəstişkarları hesab edirdilər ki, onun işləri mühafizəkar və repressiv Çin cəmiyyətində sosial yeniliyin əlaməti, yaradıcılıq və seksual azadlığın təzahürüdür.

Fotonun müəllifi Ren Hang / Taschen

"Mən istməzdim ki, belə bir təsəvvür yaransın ki, çinlilər seksuallıqlarını bir xəzinə kimi gizlədir və yaxud da onlar robotsayağı insanlardır", - Britaniyanın "The British Journal of Photography" dərgisinə müsahibəsində sənətçi bildirib.

Lakin fotoqrafın cəsarətli işləri Çin hakimiyyətinin neqativ reaksiyasına tuş gəlirdi.

Çində pornoqrafiya qeyri-qanunidir və mətbuatda sərt senzura tətbiq olunur.

Ren Hang bir neçə dəfə həbs olunub və onun işləri müsadirə edilib.

O işlərində siyasi məzmun olduğunu barədə iddiaları qəti şəkildə rədd edərdi.

"Mənim şəkillərimdəki siyasətin Çinlə heç bir əlaqəsi yoxdu. Ama Çin siyasəti mənim yaradıcılğıma müdaxilə etməyə ehtiyac duyur".

Fotonun müəllifi Ren Hang / Taschen

Ren Hang-ın dünya boyunca müxtəlif şəhərlərdə 20 -dən artıq sərgisi keçirilib. O, 70-ə yaxın qrup sərgisinin iştirakçısı olub.

Fotoqrafın yaradacılığına bir neçə monoqrafiya həsr olunub. Bu yaxınlarda Hang barədə Taschen nəşriyyatı tərəfindən yeni kitab dərc olunub və hazırda Amsterdamda onun işlərinin sərgisi keçirilir.

Ren Hang uzun müddətdir ki, əziyyət çəkdiyi depressiyadan açıq danışırdı. O, öz səhfəsində xəstəliklə mübarizəsi və tez-tez keçirdiyi hallüsinasiyaları barədə bəhs edirdi.

Fotonun müəllifi Ren Hang / Taschen

Çinli fotoqraf yanvar ayının sonlarında Sina Weibo (Çində Twitter analoqu sayılır) sosial şəbəkədəki postunda belə bir fikir paylaşıb:

"Hər il ürəyimdən eyni arzu keçir - gənc ikən ölmək". Növbəti postda isə o yazır: "Ümid edirəm ki, bu, bu il baş verəcək".

Ren Hang-ın vəfatının ardınca sosial şəbəkələrdə hüzn və başsağlığı ilə bağlı postlar yayılmağa başlayıb.

Fotoqrafın pərəstişkarlarından biri Sina Weibo şəbəkəsində yazıb: "Mən üzülmürəm, çünki sən bu dünyada xöşbəxt deyildin".