Trump: NATO və iqtisadiyyat üçün 1 trilyon dollar ayrılacaq

Трамп Fotonun müəllifi Getty Images

ABŞ prezidenti Donald Trump konqres qarşısında "Ölkənin vəziyyəti barədə" (State of the Union Address) ilk çıxışında bir trilyon dolları infrastruktur layihələrə yönəltmək və miqrantların qəbul sistemini dəyişdirmək niyyətində olduğunu söyləyib.

O, konqresə müraciətində bildirib ki, ABŞ bundan sonra da NATO-nu qətiyyətlə dəstəkləyəcək.

Trump çıxışının əvvəlində bildirib ki, Amerika xalqı birdir və nifrətlə və bəla ilə mübarizə aparmaq əzmindədir.

"Müttəfiqlərimiz görəcəklər ki, Amerika yenə də digər ölkələri öz arxasınca aparmağa hazırdır", deyən cənab Trump-ın sözlərinə görə, bu gündən etibarən ABŞ tarixində yeni tarix başlayır.

ABŞ prezidenti öz nitqində seçki kampaniyası zamanı istifadə etdiyi əsas tezislərin çoxunu təkrar edib.

O, administrasiyasının başlıca vəzifələrinin ölkənin təhlükəsizliyinin təminatı, cinayətkarlıqla mübarizə və yeni iş yerlərinin yaradılması olduğunu hesab edir.

Fotonun müəllifi Getty Images
Image caption Konqress üzvləri və ictimaiyət ABŞ-ın birinci xanımı Melania Trump-ın çıxışını iki dəfə ayaqüstə alqışlayıb

Trump ABŞ-ın cənub sərhədində divar tikintisi haqqında fikirlərini təkrar edib, hərçənd bu dəfə divarın inşasına görə Meksikanın pul ödəməli olduğunu deməyib.

Onun yeni təklif etdiyi immiqrasiya sistemi Avstraliya nümunəsindən qaynaqlanır- yalnız iqtisadiyyata lazım olan işçilərin ölkəyə cəlbi.

Prezident Trump çıxış edərkən onun tənqidçiləri Ağ Ev qarşısında piket keçirib.

Fotonun müəllifi Getty Images
Image caption Prezident Trump-ın tənqidçiləri Ağ Ev qarşısında piket keçirib

Əlaqəli mövzular

Bu barədə daha geniş