Nikaraqualı qadın ovsun mərasimində yandırılıb

Reynaldo Peralta Rodriguez, 2017-ci il Fotonun müəllifi EPA
Image caption Vilma Trujillo-un əri, onun cəsədini yerli meyitxanadan götürüb

Nikaraquanın ucqar bölgələrindən birində əli-qolu bağlanaraq oda atıldığı iddia edilən cavan qadın, həftələr sonra ölüb.

Ailə üzvləri yerli mediaya açıqlamlarında, Vilma Trujillo-ya dörd nəfərin hücum etdiyini və onlardan birinin özünü Yevangelist keşiş kimi təqdim etdiyini bildiriblər.

Juan Rocha, Xanım Trujillo-un yandırıldığını təkzib edib və bildirib ki, cinlər onu alovun üzərində yuxarı qaldırıb, sonra yerə atıblar.

Yaxınları Xanım Trujillo-u 25 saat sonra ağır yanıq xəsarətləri ilə tapıblar.

Polis Cənab Rocha və hücumda iştirakı iddia edilən digər bir neçə nəfəri həbs edib.

Associated Press bildirib ki, qurbanın əri Reynaldo Peralta Rodriguez, iki oğul anası arvadının keçən həftə kilsəyə aparıldığını söyləyib. Adamlara pala (yerlilərə məxsus və soyuq silah sayılan bıçaq) ilə hücum etməsindən sonra, kilsə üzvləri onun cadulu olduğunu düşünüblər.

"Onların bizə etdikləri bağışlanmazdır," o söyləyib.

"Onlar mənim arvadımı, iki balaca övladımın anasını öldürüblər. Bəs indi mən uşaqlarıma nə deyəcəm?"

Nikaraqua İnsan Haqları Komissiyasının sözçüsü Pablo Cuevas dövləti, ölkədəki dini sektalar üzərində ciddi nəzarətə çağırıb.

"İndiki zamanda belə şeylərin baş verməsi ağlasığmazdır. Hakim orqanlar, müxtəlif məzhəb və dinləri nəzarətdə saxlamalıdırlar," o deyib.

"Bənzər halların yaşanmasına yol verə bilmərik."

Qadın haqları qrupları vəziyyəti fanatizm və qadınlara nifrət kimi qiymətləndiriblər.

Muxtar Qadın Hərəkatından (MAM) Juanita Jimenez, yerli mediaya bildirib ki, bu həm də ölkənin ucqarlarında dövlət nəzarətinin çatışmazlığı və barbarlıq nümunəsidir.

"Dini baxışdan savayı, qadını yandırmağa, din ilə manipulyasiya etdiyin başqa insanların köməyi ilə onu oda atmağa bəraət qazandırmaq mümkün deyil," ictimai fəal Jimenez deyib.