Suriya qüvvələri İD-in əlindəki Palmiraya "daxil olub"

Palmira Fotonun müəllifi AFP

Suriya hökumət qüvvələri özünü İslam Dövləti (İD) adlandıran yaraqlılarını dəf edərək qədim Palmira şəhərinə daxil olub, fəallar deyirlər.

Rusiyanın havadan dəstəyi ilə qoşunlar və onların müttəfiqləri şəhərin qərbində bir ərazini geri qaytarıb, məlumatlarda bildirilir.

Cihadçılar dekabr ayında Unesco-nun qoruduğu arxeoloji ərazini hökumət qüvvələrindən alıb.

Qədim şəhərin bəzi hissələri silahlılar tərəfindən dağıdılıb.

Tarixi şəhərdə gərgin atışma və qarşıdurma yaranıb, Britaniyada yerləşən Suriya insan hüquqları üzrə monitorinq qrupu bildirib.

Livanın Hizbullah hərəkatına aid media bundan əvvəl bildirib ki, hökümət qüvvələri məşhur Roman zamanına aid xarabalıqlara baxan təpəni ələ keçirib.

Bundan başqa, Suriyanın hökumət qoşunları "Palmira üçbucağı" kimi tanınan strateji sahəsi götürüb, rəsmi Sana informasiya agentliyi bildirib.

Bu barədə daha geniş