Barselona-nın məşqçisi Luis Enrique "vəzifədən gedir"

Луис Энрике Fotonun müəllifi AFP
Image caption Luis Enrique Barselonanın baş məşqçisi vəzifəsinə 2014-cü ildə təyin olunub

Barselona klubunun baş məşqçisi Luis Enrique 3 il ərzində komandaya başçılıq etdikdən sonra vəzifəsini tərk edəcəyini bildirib.

"Növbəti mövsumda mən Barselonanın məğqçisi olmayacağam, bu çətin və düşünülmüş qərardır", Sporting klubunu 6:1 hesabı ilə məğlub edən Barselonanın məşqçisi deyib.

Luis Enrique vəzifədə daha 3 ay işləyəcəyəni bildirib.

"Hazırda, xüsusilə turnirlərin birində bizim vəziyyətimiz asan deyil, lakin əminəm ki, ümumi səylər nəticəsində onu öz xeyrimizə çevirə bilərik".

2014-cü ildən Barselona klubu 8 titula sahib olub.

Luis Enrique-nin rəhbərliyi altında klub, İspaniya çempionatı və Çempionlar Liqasında qələbə qazanıb.

2008-ci ildən 2011-ci ilədək Luis Enrique Barselonanın ehtiyat komandası olan Barselona B klubuna rəhbərlik edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş