Oprah Winfrey prezident seçkilərində iştirak etməyi düşünür

Oprah Winfrey təcrübəsizliyinin prezident olmanın qarşısını almayacağını deyib Fotonun müəllifi AP
Image caption Oprah Winfrey təcrübəsizliyinin prezident olmanın qarşısını almayacağını deyib

Amerikalı televiziya aparıcısı Oprah Winfrey, Donald Trump-n qələbəsindən sonra, ABŞ prezident seçkilərində iştirakını istisna saymır.

Bloomberg telekanalına müsahibəsində o bildirib ki, siyasi təcrübəsizliyinə baxmayaraq Trump-ın qələbəsi onu, namizədliyini irəli sürmək haqqında düşünməyə vadar edib.

69 yaşlı ulduz, keçən seçkilərdə Trump-ın rəqibi Hillary Clinton-u dəstəkləyirdi. İndi isə namizədliklə bağlı, eyhamlar vurur.

"Heç vaxt sualın mümkünlüyünü ağlımdan keçirməmişəm," o, Bloomberg televiziya proqramında iqtisadçı David Rubenstein-ın namizədliklə bağlı sualına cavabında deyib.

Cənab Trump-a müraciətlə Cənab Rubenstein bildirib ki, "Birləşmiş Ştatların prezidenti seçilmək üçün siyasi təcrübəyə ehtiyac yoxdur".

"Mən də elə bunu düşündüm," Winfrey davam edib. "Fikirləşdim ki, 'Mənim də təcrübəm yoxdur, heç kifayət qədər bilgiyə də sahib deyiləm.' İndi isə fikirləşirəm, 'Oh!'."

Winfrey 2008-ci ildə keçmiş prezident Barack Obama-nı dəstəkləyib.

Fotonun müəllifi Getty Images
Image caption Winfrey 2007-ci ildə o zaman senator olan Barack Obama-nı dəstəkləyənlərdən biri olub

O, həmçinin 2016-cı prezident kampaniyası zamanı Xanım Clinton-u dəstəkləyib.

25 il ərzində Winfrey, ABŞ-n ən məşhur talk-şoularından biri olan "Oprah Winfrey Şou" alı verlişin aparıcısı olub. O, ABŞ, eləcə də dünyanın başqa ölkələrində hörmətli simalardan biridir.

Forbes hesablamalarına əsasən, Winfrey-in var-dövləti 3 milyard dollara yaxındır və bu onu Birləşmiş Ştatların 30-cu varlı qadını edib.

Cənab Trump ötən ilki seçki kampaniyası zamanı bildirib ki, qələbə qazanarsa, Oprah Winfrey-i vitse-prezident postunda görmək istəyər.

Facebook yaradıcısı Mark Zuckerberg, rep ifaçısı Kanye West və Disney-n başçısı Bob Iger kimi məşhurların də nə zamansa ölkənin ən yüksək ofisində oturmaq barədə düşündükləri haqda şayiələr dolaşır.