“Oscar”ın səhv salınmasına səbəb olanlar artıq mərasimdə iştirak etməyəcəklər

Cullinan və Ruiz Fotonun müəllifi Getty Images
Image caption Brian Cullinan və Martha Ruiz hər mükafat təqdim edilməmişdən qabaq lazımı zərfləri ötürməli idilər

Amerika kinoakademiyası, "Oscar" təqdimatında yanlışlığa səbəb olan şəxslərlə bir daha əməkdaşlıq etməyəcək deyə, təşkilatın prezidenti Cheryl Boone Isaacs bildirib.

Səslərin hesablanması və qaliblərin adı yazılı zərflərin hazırlanmasında məsul audit şirkəti PriceWaterhouseCoopers (PWC) ilə əməkdaşlıq da sual altındadır.

"Oscar" mükafatı təqdimatının son mərasimində, mükafat tarixinin ən böyük qarışıqlığı baş tutub: ən yaxşı film kimi "Moonlight" adı əvəzinə zərfdən "La-La Land" adı çıxıb.

Bir qədər sonra, günahkarların PWC üzvləri Brian Cullinan və Martha Ruiz olduğu müəyyənləşib.

Onların hər birində kartlarla dolu bütün zərflər olub. Bu, qaliblərin adlarının qeyd olunduğu zərflərə nə isə baş verdikdə ehtiyat kimi digərlərindən istifadə üçün nəzərdə tutulub.

Emma Stone-n "Ən yaxşı aktrisa" nominasiyası üzrə qalib olduğu elan edildikdən sonra, ikinci - ehtiyat zərf səhvən Warren Beatty-ə təqdim olunub. O isə ən yaxşı film kateqoriyası üzrə qalibin adını elan etməli idi.

"Nə baş verdiyini danışmaq istəyirəm. Zərfi açdım, və kartda "Emma Stone. La-La Land" yazılmışdı," aktyor daha sonra izah edib.

"La-La Land" yaradıcıları səhnədə qələbə ilə bağlı nitqi söylədikləri an, PriceWaterhouseCoopers əməkdaşları və mərasimin təşkilatçıları səhnəyə çıxaraq, çəkiliş qrupu və aktyorlara, eləcə də bütün dünyaya baş verən ciddi yanlışlığı çatdırıblar.

PriceWaterhouseCoopers artıq insidentlə bağlı üzr istəyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş