İvanka Trump brendini almağa çağırışa görə cəza olmayacaq

Conway Fotonun müəllifi Getty Images
Image caption Conway-n davranışını demokratlar tənqid atəşinə tutublar

Ağ Evdən bildirilib ki, prezident Donald Trump-n müşaviri Kellyanne Conway, müsahibəsində Ivanka Trump markalı geyimlər almaq çağırışını, "istəmədən və heç bir eqoist əsaslar olmadan" edib.

Prezidentin etika üzrə müşaviri Stefan Passantino bildirib ki, Conway ilə görüşüb və məsələni müzakirə edib.

Fevralın 9-u Fox News televiziya efirində Kellyanne Conway, tamaşaçıları prezidentin qızı Ivanka Trump-a məxsus eyniadlı markadan geyimlər almağa səsləyib.

Az keçmədən Amerika konqresinin etika üzrə komitəsinin başçısı Jason Chaffetz prezident müşavirinin davranışını qəbuledilməz, yanlış və hüdudları aşan kimi qiymətləndirən açıqlama yayıb.

Bundan öncə isə, ABŞ-n ən böyük geyim ticarət mərkəzlərindən biri olan Nordstrom, Ivanka Trump-a məxsus dizayn şirkətinin çanta və ayaqqabıları da daxil olmaqla məhsullarını satmaqdan imtina etmişdi.

O zaman Donald Trump Nordstrom-u, Ivanka-ya qarşı qərəzli münasibətdə ittiham etmişdi.

Trump-n reaksiyası demokratları qəzəbləndirmiş və onlar, "şəxsi şirkəti ailəsinin varını artırmaq üçün ittiham etmənin" qəbuledilməz və etikadan kənar adlandırmışdılar.

Bu həftənin əvvəli Conway, yenidən söz-söhbətə səbəb olan hərəkəti ilə yadda qalıb. Belə ki, onun Ağ Evin Oval kabinetində divan üzərində ayaqqabılarını çıxarmadan oturduğu şəkillər yayılıb.

Özü vəziyyəti, müəyyən rakursdan şəkil çəkməyə çalışması kimi izah edib. Müşavirin sözlərinə görə, kabinet jurnalistlərlə dolu olduğu üçün yer yox imiş.

Bu barədə daha geniş