Trump tənqid edilən baş prokuroru dəstəkləyib

Donald Trump said the "real story is all of the illegal leaks of classified and other information" Fotonun müəllifi Getty Images

ABŞ prezidenti Donald Trump Rusiya səfirilə görüşünə görə qınanan baş prokuror Jeff Sessions-ı müdafiə edərək "dürüst insan" adlandırıb.

Cənab Sessions vəzifəyə təsdiq edilərkən Rusiya rəsmilərilə təmasda olduğunu inkar etdiyi üçün kəskin tənqidlərlə üzləşir.

Donald Trump deyib ki, baş prokuror bilərəkdən yanlış məlumat vermək niyyətini güdməyib, hərçənd ki, cavabını "daha dəqiq verə bilərdi".

ABŞ prezidenti demokratları "əcinnə ovu"nda ittiham edib.

Demokratların konqresdəki lideri Nancy Pelosi baş prokuroru istefaya çıxmağa səsləyib.

Fotonun müəllifi Getty Images
Image caption Baş prokuror Jeff Sessions prezident kampaniyası gedişatında iki dəfə Rusiya səfiri ilə görüşüb.

Cənab Sessions Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi barədə iddiaların araşdırılmasına nəzarətdən kənar duracağını bildirib.

Donald Trump deyib ki, onun opponentləri "seçkilərdə məğlub olub, və indi reallıqla əlaqəni itiriblər".

Prezident seçkiləri vaxtı Trump komandasının Rusiya ilə əlaqələri barədə ittihamlardan sonra Donald Trumpın milli təhlükəsizlik üzrə müşaviri Michael Flynn istefa verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş