Alimlər piylənmənin 11 növ xərçəng yaratdığını deyir

Qadın Fotonun müəllifi Getty Images
Image caption Bədənin kütlə indeksinin cəmi 5 dəfə dəyişməsi xərçəng riskini artırır

London Imperial kollecindən alimlərin apardığı araşdırmalara əsasən, bədəndəki artıq piy, xərçəngin inkişafı və ya xərçəng riskini iki dəfə artırır.

Artıq çəkili xəstələrlə aparılan 200 müxtəlif araşdırmada, piylənmə ilə mədə, yoğun və düz bağırsaq, mədəaltı vəzi, böyrək, yumurtalıq, rəhm, tənəffüs yolları və sümük iliyi növləri də daxil olmaqla xərçəng xəstəliyi arasındakı əlaqə ortaya çıxıb. Siyahıda əsas yerləri isə öd yolları: qaraciyər, öd kisəsi və öd kanalları xərçəngi tutur.

Məlumatların təhlili göstərib ki, bədən kütləsi indeksinin artması ilə (çəki, boyun hündürlüyünün kvadratına bölünür) xərçəngin müəyyən növlərinə tutulma riski də artır. BKİ-n sağlamdan (25) artıq çəkiyə (30) və ya artıq çəkidən (30) piylənməyə (35) 5 dəfə artması, diaqnozu dəyişə bilər.

Kişilər üçün, məsələn, indeksin hər 5 dəfə artması düz bağırsaqda bədxassəli şişin yaranması riskini 9% artırır.

Eyni zamanda, hormon əvəzləyici müalicə keçən qadınlarda postmenopauza döş xərçəngi riski 11% artır.

Fotonun müəllifi Getty Images
Image caption Piylənmə ilə mübarizə təkcə diabet və ürək-damar xəstəliklərinin yox, xərçəngin də müəyyən növlərinin yaranması riskini azaldır

Çanağın və omba ətrafının 0.1 qədər dəyişməsi ilə rəhm xərçənginin yaranması riski 21% artır.

Öd yollarının xəstəliyə tutulma faktoru isə 56% artır.

Bəzən tez-tez pilləkənləri çıxıb düşmək də kifayət edir

Xərçəng üzrə Beynəlxalq Araşdırma agentliyindən Mark Hunter-n sözlərinə əsasən, həkimlər artıq çəki ilə onkoloji xəstəliklər arasında əlaqəyə diqqət etməli və xəstələrə bildirməlidirlər ki, piylənmə ilə mübarizə təkcə diabet və ürək-damar xəstəliklərinin yox, xərçəngin də müəyyən növlərinin yaranması riskini azaldır.

Araşdırma artıq piyin onkoloji xəstəliklərə necə təsir etdiyini müəyyənləşdirməsə də, alimlər bununla bağlı bir neçə mülahizə irəli sürürlər.

"Biz bilirik ki, piylənmə, hormonal dəyişiklik və maddələr mübadiləsində problemlər yaradır," Hunter deyir.

"Piylənmə, estroqen və insulinin səviyyəsinin artmasına, eləcə də, iltihablaşdırıcı proseslərin inkişafına səbəb olur. Bu da öz növbəsində hüceyrələrin bölünməsi prosesinə təsir edir."

Britaniya onkoloji araşdırmalar mərkəzi Cancer Research-dan doktor Rachel Orritt-n sözlərinə görə, artıq çəki problemi xərçəng yaradan səbəblər arasında siqaretdən sonra ikinci yerdə gəlir.

"Bəzən tez-tez pilləkənləri çıxıb-düşmək və şəkərsiz içkilər qəbul etmək kifayət edir. Bütün bu kiçik vərdişlər, normal çəkini saxlamağa kömək etdiyi kimi, xərçəng riskini da azaltmış olur."

Dünyada ölüm sayının artmasına səbəb onkoloji xəstəliklərdir. Son 40 il ərzində piylənmə problemi isə iki dəfə artıb.

"Artıq çəki, sağlamlıq üçün ciddi problemdir. Bu, onkoloji xəstəliklərlə yanaşı, diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur," piylənmə ilə məşğul olan 35 müxtəlif sağlamlıq təşkilatının birləşdiyi Obesity Health Allince-ın nümayəndəsi deyir.

Mütəxəssislər, bunun təkcə piylənmədən əziyyət çəkən insanlara aid olmadığını deyirlər: piylənməyə doğru gedən hər kəs, yüksək risk zonasına düşür.

Əlaqəli mövzular

Bu barədə daha geniş