Hollandiya Rotterdamda türk mitinqinə "izn verməyəcəyini" açıqlayıb

Hollanda Başbakanı Mark Rutte Fotonun müəllifi Getty Images
Image caption Hollandiyanın baş naziri Mark Rutte türk rəsmilərdən referendum mitinqi üçün rəsmi tələb gəldiyini açıqlayıb

Hollandiyanın dövlət televiziyası NOS, Hollandiya hökumətinin türk rəsmilərin martın 11-də Rotterdam şəhərində keçirməyi planlaşdırdığı "konstitusiya referendumu nümayişini" istəmədiyini açıqlayıb.

Reuters xəbər agentliyi bildirib ki, hökumət tədbiri xoş qarşılamadıqları barədə niyyətlərini Ankaraya çatdıracaqlar.

Hollandiyanın baş naziri Mark Rutte Facebook hesabından bəyanat verərək türk rəsmilərdən referendum mitinqi üçün rəsmi tələb gəldiyini, lakin əməkdaşlıq etməyi düşünmədiklərini açıqlayıb.

Fotonun müəllifi Getty Images
Image caption Rotterdam-da 11 martda planlaşdırılan aksiyaya xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun da qatılacağı bildirilmişdi

Rutte mesajında "Bunu qəbuledilməz hesab edirik. Hollandiyanın ictimai sahələri başqa ölkələrin siyasi kampaniyası sahəsi deyil" yazıb.

Hollandiyalı türklərin yaratdığı bir icmanın lideri, xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun 11 martdakı aksiyaya qatılacağını bildirmişdi.

Bundan əvvəl Almaniyada ədliyyə naziri Bekir Bozdağ-ın və sonra iqtisadiyyat naziri Nihat Zeybekçi-nin iştirak edəcəyi iclasların ləğv edilməsi Türkiyə ilə Almaniya arasındakı gərginliyi artırıb.

Türkiyə və Almaniyanın xarici işlər nazirləri, son dövrdə artan gərginliyi müzakirə etmək üçün 8 Martda görüş keçirəcəklər.

Bu barədə daha geniş