Britaniyalı qrup 33 ildə 20 min pivəxanada olub

Паб-кроулеры Fotonun müəllifi PETER HILL

Böyük Britaniyada xeyriyyəçi dequstatorlardan ibarət qrup cümə günü 20 mininci pivəxananı (pub) ziyarət ediblər.

Onların "pub-crawling"-i (Britaniyada ənənələrinə görə, eyni axşamda bir pivəxanadan başqa birinə keçməklə müxtəlif məkanları ziyarət etmək, hərfi mənada sürünmək) 1984-cü ildən bəri davam edir.

Bu 33 il ərzində onlar xeyriyyə məqsədilə 24 min funt (30 min dollar) toplayıblar. Onlar hər pivəxana sahibindən azı 1 funt istəyiblər.

Qrupu yaradanlardan biri Piter Hill bu müddət ərzində 46 632 bakal pivə içib.

"Biz ötən may ayında 19 min məkanı ziyarət etdik, 20 minə çatmaq üçün mən pensiyamın böyük hissəsi xərcləməli oldum", o bildirib.

"Məni hazırda maraqlandıran məsələ budur ki, atam məhz 20 minə çatmaq istəyirdi, və sabah da onun doğum günüdür."

Piter Hill-in atası da bu klubun yaradıcılarından biri olub.

Qrup 1984-ci ildən İngiltərə, Uels və Şotlandiyanın bütün qraflıqlarındakı pivəxanalarda olub və Ginnesin Rekordlar Kitabına daxil edilib.