Çin hərbi xərclərini 7% artırır

A Chinese paramilitary policeman salutes near the Great Hall of the People at the opening of the Chinese People's Political Consultative Conference (CPPCC) in Beijing, China, 3 March 2017 Fotonun müəllifi AP

Çin bu il hərbi xərclərini təxminən 7 faiz artıracağını bəyan edib.

Bu, Donald Trump-ın ABŞ-ın müdafiə büdcəsini artırmaq barədə xəbərindən bir neçə gündən sonra baş verir.

Elan Pekində Milli Xalq Konqresinin ənənəvi iclası ərəfəsində verilib.

Çin, son illərdə iqtisadiyyatının genişlənməsilə əlaqədar silahlı qüvvələrini sürətlə müasirləşdirirr.

Hərçənd ölkənin müdafiə büdcəsi ABŞ-la müqayisədə hələ də xeyli azdır.


Hökümətin sözçüsü Fu Ying bildirib ki, Çinin hərbi hədəfi sırf müdafiə təyinatlıdır və Asiyada sabitliyə yönəlib.

"Biz sülh yolu ilə həll üçün dialoq tərəfdarıyıq, eyni zamanda, bizim öz suverenliyimizi və maraqlarımızı müdafiə etmək qabiliyyətinə ehtiyacımız var," - deyə o bildirib.

Bu həftənin əvvəlində ABŞ prezidenti Donald Trump 2018-ci il üçün təklif etdiyi büdcə planında müdafiə xərclərini 10 faiz artırmağa çalışacağını açıqlayıb.