İordaniya 10 nəfəri "terrora görə asıb"

A close up aerial photograph of the front of the Jordanian Embassy in Baghdad in 2003 Fotonun müəllifi Getty Images
Image caption İordaniya bildirib ki, asılmış məhkumlar arasında 2003-cü ildə Bağdaddakı səfirliyinə hücum edənlər də var.

İordaniya terrorçuluqda ittiham edilən 10 nəfər də daxil olmaqla, 15 məhbusu asıb, məmurlar deyirlər.

Hamısı iordaniyalı olan məhkumlar, şənbə günü sübh tezdən asılıb, informasiya naziri Məhəmməd Momani bildirib.

Cəzalandırılmış beş nəfər zorlama və seksual zorakılığa görə məhkum edilib.

Edamlar 2006-cı il və 2014-cü illər arasında ölüm cəzasına tətbiq edilmiş qadağanın aradan qaldırılmasından sonra baş verib.