Erdoğan türk nümayişlərini qadağan edən Almaniyani qınayıb

Эрдоган Fotonun müəllifi AP
Image caption Martın 5-də İstanbulda keçirilən nümayiş zamanı gənc tərəfdarları Recep Tayyip Erdoğanı hərbi geyimdə qarşılayıblar

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniya hökumətini "faşist üsullarından" istifadə etməkdə ittiham edib. Buna səbəb isə Almaniya rəhbərliyinin Türkiyə hökümət üzvlərinə onun ərazisində təbliğat kampaniyasını qadağan etməsidir.

Almaniyanın bir neçə şəhər rəhbərliyi Türkiyə nazirlərinin Almaniya türkləri qarşısında çıxışını nəzərdə tutan mitinqləri qadağan edib.

"Almaniya, sənin demokratiyayla heç bir əlaqən yoxdur. Sənin hazırkı davranışların nasizm dövründəki davranışlarından heç də fərqlənmir ", - deyə Erdoğan bazar günü İstanbuldakı mitinqdə bildirib.

Erdoğan konstitusiya islahatlarında Almaniyada yaşayan 3 milyon türk vətəndaşının da dəstəyini almağa cəhd edir.

Türkiyədə konstitusiyaya dəyişiklilərlə bağlı referendum aprelin 16-da keçiriləcək.

Köln polisi bazar günü Türkiyənin iqtisadiyyat naziri Hihat Zeybekçinin çıxış edəcəyi mədəniyyət mərkəzini bağlayıb.

Təşkilatçılar bu çıxışın referendum elan edilməzdən bir xeyli əvvəl planlaşdırıldığını iddia ediblər.

Türkiyə KİV-lərinin yazdığına görə, Nihat Zeybekçinin çıxışı şəhərin otellərindən birinin iclas zalında keçirilib.

Fotonun müəllifi AFP
Image caption Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Erdoğanın konstitusiya islahatlarını türklərə təbliğ etmək üçün Almaniyaya yola düşüb

Almaiya hökuməti nümayişlərin təhlükəsizlik məqsədilə ləğv edildiyini bəyan edib.

"Biz Almaniyanın davranışları barədə beynəlxalq arenada və bütün dünyanın gözündə utandıracayıq. Biz faşist aksiyaları görmək istəmirik. Biz bu dövrün keçmişdə qaldığını zənn edirdik, amma belə çıxır ki, bu belə deyil."

Angela Merkel administrasiyası Erdoğanın sözlərinə heç bir reaksiya bildirməyib.

"Türkiyə prezidenti istədiyini ala bilməyən ərköyün uşaq kimi reaksiya verir", Tükiyə prezidentinin ittihamlarına Almaniya Xristian Demokrat İttifaqının sədr müavini belə cavab verib.

Qarşıdurma Avropa İttifaqında (Aİ) narahatlıq yaradıb. Avstriyanın federal kansleri Christian Kern digər ölkələrin də Ankaranın təzyiqilə üzləşməməsi üçün Türkiyənin təbliğat kampaniyalarının Aİ ölkələrində qadağan edilməsinə çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş