Mosul hücumu: İraq qüvvələri Dəclə çayı üzərində mühüm körpünü ələ keçiriblər

Hücum Fotonun müəllifi AP
Image caption Yanvar ayında ağır döyüşlərdən sonra şəhərin şərq hissəsi özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindən alınıb.

Mosul şəhərinin ələ keçirilməsi üzərində əməliyyat gedişatında İraq qüvvələri Dəclə çayı üzərindəki mühüm körpünü nəzarət altına alıblar, İraq hərbiyyəsi və kürd döyüşçüləri bildirir.

Bundan əvvəl hökumət qüvvələri Mosulda daha bir körpünü ələ keçiriblər. Şəhərdə cəmi 5 körpü var.

Mosul əməliyyatı ötən ilin oktyabr ayında başlayıb.

Yanvar ayında ağır döyüşlərdən sonra şəhərin şərq hissəsi özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindən alınıb.

Hökumət qüvvələrinin hazırkı əməliyyatının mərkəzi Qərbi Mosulda yerləşir.

Körpülərin hamısı koalisiya qüvvələrinin hava zərbələri nəticəsində ciddi zədələnib.

Bundan əvvəl Əl-Cümhuriya körpüsünün ələ keçirilməsi hökumət qüvvələrinin mövqelərini xeyli möhkəmləndirmiş oldu.

Mosul İD-nin İraqda sonuncu istehkamı sayılır.

Bu barədə daha geniş