Hindistanda "insan qurbanı": 10 yaşlı qızın ölümü ilə bağlı həbslər

Hadisənin baş verdiyi bina Fotonun müəllifi Karnataka police
Image caption Hadisə haqqında xəbərlər yayıldıqca insanlar, bacı və qardaşın evi önündə toplaşmağa başlayıblar

Cənubi Hindistan ştatı Karnataka polisi, "insan qurbanı" 10 yaşıl qızın ölümü ilə bağlı üç nəfəri həbs edib.

Polis BBC Hindi-ə bildirib ki, uşaq, iflic kişinin "müalicəsi" üçün "cadugərin" göstərişi ilə qurban kimi öldrülüb.

Kişinin bacı və qardaşı, qızın qaçırılması və ölümündə şübhəli bilinərək həbs olunublar.

Adıgedən cadugər, bacı ilə qardaşın iflic qardaşına "qara magiyanın" təsir etdiyini deyib.

Qızın qaçırılmasında rolu olduğu iddia edilən 17 yaşlı oğlan da həbs olunub, polis bildirib.

"Cinayətdə əli olan daha bir neçə nəfər var. Biz hər tərəfli axtarışlar aparırıq ki, onları da həbs edə bilək," baş polis məmuru B Rameş, BBC Hindinin müxbiri İmran Qureş-ə deyib.

Cinayət, sakinlərin qızın cansız bədənini çantada aşkarlaması ilə üzə çıxıb.

Onlar həmçinin bəzi ləvazimatlar da tapıblar ki, polis bunların "qara magiya" ayinində istifadə olunduğunu düşünür.

Hadisə haqqında xəbərlər yayıldıqca insanlar, bacı və qardaşın evi önündə toplaşmağa başlayıb və evə daşlar atıblar.

Polis kütləni dağıtmaq üçün güc istifadə etmək məcburiyyətində qalıb.

Bu barədə daha geniş