Amerika psixoloqları: sosial şəbəkələr tənhalıq hissini artırır

Şəbəkələr Fotonun müəllifi Getty Images
Image caption Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələr paxıllıq hissləri və sosial izolyasiyanı artırır

Amerika psixoloqları yaydıqları hesabatda deyilib ki, Twitter, Facebook və Pinterest də daxil olmaqla sosial şəbəkələr insanlarda tənhalıq hissini artırır.

Mütəxəssislərin də bildirdiyi kimi, insan gündəlik sosial şəbəkələrdə iki saatdan çox vaxt keçirirsə, o zaman sosial izolyasiya riskini artırmış olur.

Tədqiqata əsasən, sosial şəbəkə səhifələrində əks olunan ideal obrazlar, insanda paxıllıq hisslərini oyada bilir.

Bu səhifələrə mütəxəssislər Instagram, Snapchat və Tumblr da daxil ediblər.

"Biz hələ bilmirik ki, hansı daha tez baş verir: sosial şəbəkələrdən istifadə və ya sosial izolyasiya hissi," tədqiqatın həmmüəllifi Pittsburgh Universitetindən Elizabeth Miller deyib.

"Sosial izolyasiyaya məruz qalan gənclərin sosial şəbəkələrə baş vurması mümkündür. Yaxud, sosial şəbəkələrdən asılılıq, hansısa yolla təsir edib insanı real həyatdan təcrid edə də bilər," o əlavə edib.

Tədqiqata görə, insan internetdə daha çox vaxt keçirdikcə, real həyatdakı ünsiyyətə az zamanı qalır.

Tədqiqatda 19 və 32 yaş arası 2000 min nəfər iştirak edib.

Pittsburgh Universitetinin professoru Brian Primack qeyd edib ki, müasir texnologiyalar ünsiyyəti asanlaşdırmaq əvəzinə bir çox mənada çətinləşdirir.

"İlk baxışdan sosial şəbəkələrin sosial boşluğu doldurduğu anlaşılsa da, tədqiqat göstərdi ki, bu, insanların əldə etmək istədiyi problemlər üçün həll yolu deyil," Primack deyib.

Bu barədə daha geniş